Previous Next
Bağla

Qərbi Kaspi Universitetinin Texnoparkında hansı layihələr işləyir?

01-05-2018 11:35
Qərbi Kaspi Universitetinin Texnoparkında hansı layihələr işləyir?

Bugünkü əmək bazarında mühəndislik sahəsinə artan tələbatı nəzərə alaraq Qərbi Kaspi Universiteti gənclər, məktəblilər arasında bu sahələrin təbliği ilə bağlı tədbirlər həyata keçirir. Bir müddət öncə universitet 100-dən artıq məktəblinin iştirakı ilə keçirilən LEGO Sumo robototexnika olimpiadası keçirmişdi. Hazırda isə universitetin Texnoparkı tərəfindən Bakı və region məktəbliləri üçün ödənişsiz robototexnika təlimləri təşkil edilir.

Belə ki, Texnoparkın mütəxəssisləri və tələbələrindən ibarət qrup region məktəblərinə gedərək orta məktəb şagirdlərinə təlimlər keçir, məktəblilərə robotların işləmə mexanizmləri izah edilir, onların yığılması və proqramlaşdırılması praktik olaraq öyrədilir.

Artıq Gəncə, Şəmkir, mingəçevir və Ağsu məktəbliləri üçün belə təlimlər təşkil edilib. Bakı məktəbliləri üçün də universitetin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində təlimlər davam edir.

Bu barədə Xeberler.az-a Universitetdən məlumat verilib.

Eyni zamanda məktəblilər universitetin Texnoparkında tələbələrlə birgə müxtəlif layihələr üzərində işləyirlər. Artıq belə layihələr içərisində beynəlxalq uğur qazananı da var. Belə ki, Texnoparkın Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən üzvlərindən ikisi məktəbli olan, tələbəmiz Azər Nemanlının rəhbərlik etdiyi komandanın işlədiyi Vooby startap layihəsi İstanbul şəhərində keçirilən “İcatmakinesi” müsabiqəsində final mərhələsinə keçib. Qeyd edək ki, bu layihə bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülmüşdü.

Başqa bir məktəbli - Günel Hüseynova tərəfindən universitetin mütəxəssislərinin mentorluğu ilə Texnoparkda işlənən "ParkingApp" layihəsi isə bugünlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyi tərəfindən təltif edilib.

Bundan başqa Texnoparkda bir neçə startup layihə üzərində işlər davam edir.

Qeyd edək ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır, universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var.

Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Məktəblilər üçün robototexnika təlimləri başladı

Məktəblilər üçün robototexnika təlimləri başladı

20-04-2018
Qərbi Kaspi Universitetində robotlar yarışıb

Qərbi Kaspi Universitetində robotlar yarışıb

26-05-2018
Gənclərin və Məktəblilərin Yay Mühəndislik Forumu keçirilib

Gənclərin və Məktəblilərin Yay Mühəndislik Forumu keçirilib

14-07-2018
Qərb Universiteti regionda robototexnika təlimləri keçəcək

Qərb Universiteti regionda robototexnika təlimləri keçəcək

04-04-2018
Qərb Universiteti Texnoparkı yeni əməkdaşlığa imza atdı

Qərb Universiteti Texnoparkı yeni əməkdaşlığa imza atdı

02-04-2018
Rektor: “Mühəndislik ixtisasları üzrə kadr hazırlayırıq”

Rektor: “Mühəndislik ixtisasları üzrə kadr hazırlayırıq”

03-05-2018
Məktəblilərin robotları döyüşəcək – Bu şənbə

Məktəblilərin robotları döyüşəcək – Bu şənbə

28-02-2018
Robototexnika olimpiadasının qalibləri-Foto

Robototexnika olimpiadasının qalibləri-Foto

04-03-2018
Makers Day 2018 gənclər üçün təcrübə və iş imkanı yaradıb

Makers Day 2018 gənclər üçün təcrübə və iş imkanı yaradıb

17-11-2018
Qərb Universitetində riyaziyyat müəllimlərinin forumu

Qərb Universitetində riyaziyyat müəllimlərinin forumu

14-05-2018
Startapımız beynəlxalq müsabiqənin finalında

Startapımız beynəlxalq müsabiqənin finalında

16-04-2018
 Qərb Universiteti xarici şirkətlə memorandum imzalayıb

Qərb Universiteti xarici şirkətlə memorandum imzalayıb

06-03-2018
Dünya Meteorologiya Təşkilatının baş katibi Qərb Universitetində

Dünya Meteorologiya Təşkilatının baş katibi Qərb Universitetində

27-04-2018
Robototexnika olimpiadasına hazırlıqlar necə gedir?-Foto

Robototexnika olimpiadasına hazırlıqlar necə gedir?-Foto

15-02-2018
Məktəblilər üçün robototexnika təlimləri – Ödənişsiz

Məktəblilər üçün robototexnika təlimləri – Ödənişsiz

12-04-2018
Məktəblilər arasında robototexnika olimpiadası başlayır

Məktəblilər arasında robototexnika olimpiadası başlayır

29-12-2017
Startap layihəmiz beynəlxalq müsabiqədə uğur qazanıb

Startap layihəmiz beynəlxalq müsabiqədə uğur qazanıb

18-05-2018
“Ölkəmiz İKT sahəsində Azərbaycanla əməkdaşlıq edir”

“Ölkəmiz İKT sahəsində Azərbaycanla əməkdaşlıq edir”

18-04-2018
Məktəblilərin hazırladığı robotlar döyüşəcək

Məktəblilərin hazırladığı robotlar döyüşəcək

06-02-2018
Qərb Universitetində texnopark yaradılır

Qərb Universitetində texnopark yaradılır

02-11-2017
Qərb Universiteti İT kadrlar axtarır

Qərb Universiteti İT kadrlar axtarır

02-11-2017
“Sənayenin tələb etdiyi qaydalara uyğun mühəndis hazırlayırıq”-Müsahibə

“Sənayenin tələb etdiyi qaydalara uyğun mühəndis hazırlayırıq”-Müsahibə

25-04-2018
Bakıda Startap Günləri keçirilir-Foto

Bakıda Startap Günləri keçirilir-Foto

23-02-2018
Bakı Mühəndislik Universiteti Texnoparkına yeni rəhbər təyin edilib

Bakı Mühəndislik Universiteti Texnoparkına yeni rəhbər təyin edilib

16-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə