Previous Next
Bağla

Qərb Universitetində texnopark yaradılır

02-11-2017 12:13
Qərb Universitetində texnopark yaradılır

Azərbaycanın ilk özəl universitetlərindən olan Qərbi Kaspi Universitetində (Qərb Universiteti) texnopark yaradılır.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, texnoparkın qurulmasında məqsəd universitet tələbələrinin biznes ideyalarına, ixtiralarına, digər bu kimi fəaliyyətlərinə dəstək olmaq və kommersiyalaşdırılmasını təmin etməkdir.

Bildirilib ki, ictimaiyyətə açıq olacaq WCU Technopark gənclərin marifləndirilməsi, öz ideyalarının həyata keçirilməsi üçün maddi-texniki bazanın təmini və investorların cəlb edilməsi işlərini həyata keçirəcək.

Qeyd edək ki, texnoparka startap ekosistemindən tanıdığımız əvvəllər NEXT STEP İnnovasiya Mərkəzinin direktoru vəzifəsində və AMEA Yüksək Texnologiyalar Parkında çalışan Kamran İmaməliyev rəhbərlik edir.

Məlumata görə, hazırda texnoparkın tərkibində inkubasiya mərkəzi fəaliyyətə başlayıb. İnkubasiya Mərkəzində universitet tələbələri öz startap layihələri üzərində çalışırlar. Eyni zamanda, texnoparkın tərkibində mexatronika və robototexnika laboratoriyası qurulur.

Qeyd edilib ki, texnopark olaraq ölkədə təşəbbüskarların robototexnika və elektronika sahəsinə aid ideyalarının həyata keçirilməsi üçün şərait yaratmağı öz qarşısına məqsəd qoyub və hazırda bu istiqamətdə işlər görülür.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qərb Universiteti İT kadrlar axtarır

02-11-2017

Məktəblilər üçün robototexnika təlimləri başladı

20-04-2018

Qərb Universiteti regionda robototexnika təlimləri keçəcək

04-04-2018

Qərbi Kaspi Universitetinin Texnoparkında hansı layihələr işləyir?

01-05-2018

Gənclərin və Məktəblilərin Yay Mühəndislik Forumu keçirilib

14-07-2018

Qərb Universiteti Texnoparkı yeni əməkdaşlığa imza atdı

02-04-2018

Qərbi Kaspi Universitetində robotlar yarışıb

26-05-2018

Azərbaycanda ilk Sənaye Mərkəzli Texnopark yaradılır

10-07-2015

ADA Universitetində Startap və İnkubasiya Mərkəzi yaradılır

09-06-2017

Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

04-08-2017

Bakı Mühəndislik Universiteti Texnoparkına yeni rəhbər təyin edilib

16-03-2017

Qərb Universiteti Bakcell ilə əməkdaşlığa başladı-Foto

15-12-2017

Qərb Universiteti xarici şirkətlə memorandum imzalayıb

06-03-2018

Makers Day 2018 gənclər üçün təcrübə və iş imkanı yaradıb

17-11-2018

Made in Azerbaijan-3 qalibləri Türkiyənin aparıcı universitetlərində olub

07-06-2018

“Öz İdeyanı Gerçəkləşdir” layihə müsabiqəsinin təqdimatı keçirilib

18-10-2015

Xəzər Universitetində yeni məlumat sisteminin təqdimatı keçiriləcək

29-10-2015

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017

Azərbaycan İKT sahəsində biznes-inkubator şəbəkəsini genişləndirir

22-05-2015

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025

Ekspert: “Bu universitetdə peşəkar mühəndislər hazırlana bilər”

23-01-2018

Dünya Meteorologiya Təşkilatının baş katibi Qərb Universitetində

27-04-2018

Startap Günlərinə hazırlıqlar davam edir

11-02-2018

AzTU-da yeni mərkəz fəaliyyətə başlayacaq

03-09-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə