Qərb Universiteti yeni əməkdaşlıq memorandumu imzaladı

09-04-2018 / 13:52

Qərbi Kaspi Universiteti və Layihələrin İdarəedilməsi Assosiasiyası (AzPMA) arasında əməkdaşlıq Memorandumu imzalanıb.

Bu barədə Xeberler.az-a Universietdən məlumat verilib.

Sənəd tərəflər arasında əməkdaşlıq münasibətlərini təmin etməklə layihə menecmentinin inkişafı, birgə məlumatlandırma, maarifləndirmə, layihələrin idarə edilməsi üzrə bilik və bacarıqların inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin icra olunması və bu sahədə birgə fəaliyyətin qurulması, bu sahənin inkişafında milli və beynəlxalq təlimlərin icrası və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı nəzərdə tutur.

Qərbi Kaspi Universitetin rektoru, professor Andris Leitas imzalanma mərasimindən sonra jurnalistlərə açıqlamasında bunları deyib:

“Qərbi Kaspi Universiteti ayrı-ayrı istiqamətlər üzrə yerli və beynəlxalq miqyasda yeni əməkdaşlıq əlaqələri qurur. AzPMA ilə əməkdaşlığımız çərçivəsində müxtəlif tədbirlərin, təlimlərin, seminarların keçirilməsini, layihələrin idarə edilməsi üzrə beynəlxalq standartların mənimsənilməsi, onun inkişafı və təbliğatı məqsədilə müxtəlif təlim proqramlarının hazırlanması və həyata keçirilməsi, gənclər üçün birgə beynəlxalq standartlar əsasında layihələrin idarə edilməsi üzrə xüsusi tədris kurslarının təşkilini, beynəlxalq ekspertlərin dəvəti ilə tədris və konsaltinq xidmətlərinin həyata keçirilməsi, habelə tələbələrin Azərbaycanda beynəlxalq IPMA standartları üzrə sertifikatlaşdırılması kimi tədbirləri nəzərdə tuturuq”.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.