Previous Next
Bağla

Qərb Universiteti Texnoparkı yeni əməkdaşlığa imza atdı

02-04-2018 12:41
Qərb Universiteti Texnoparkı yeni əməkdaşlığa imza atdı

Qərbi Kaspi Universiteti Texnoparkı martın 30-da İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə keçirilən “Biznes-inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” adlı tədbirdə iştirak edib.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, tədbirdə ölkədə fəaliyyət göstərən texnoparklar, biznes-inkubasiya mərkəzləri və digər bu kimi müəssisələrinin əməkdaşlıq əlaqələrinin qurulmasını nəzərdə tutan memorandum imzalanıb.

Görüşdə çıxış edən İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov bu sahədə görülmüş işlər barədə məlumat verib və əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Bildirilib ki, əməkdaşlıq ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına dəstək məqsədi ilə fəaliyyət göstərən müəssisələrin bundan sonra əlaqəli şəkildə çalışması, biznes layihələrin istiqamətlərinə görə lazım gələrsə tərəfdaş müəssisələrə ötürülməsi, təcrübə mübadiləsini və digər bu kimi əlaqələrin inkişaf etdirilməsini özündə ehtiva edir.

Daha sonra biznes inkubatorların və startapların nümayəndələri çıxış edərək öz fəaliyyətləri, həyata keçirilən innovativ layihələr və yeni biznes imkanları barədə danışıb, tədbirin biznes inkubatorları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda startaplar tərəfindən reallaşdırılan innovativ layihələrə potensial invsestorların cəlb olunması baxımından önəmini qeyd ediblər.

Qərbi Kaspi Universiteti Texnoparkı tədbirdə 3 startap layihə (Parking APP, Vooby, My task) ilə təmsil olunub. Onlardan biri universitetin tələbəsinin, digər ikisi isə universitetin mütəxəssislərinin mentorluğu ilə məktəblilər tərəfindən hazırlanmış layihələrdir.

Sonda 18 biznes inkubator arasında əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyətin həyata keçirilməsinə dair memorandum imzalanıb.

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin Texnoparkında Biznes-İnkubasiya Mərkəzi, Texnoloji Transfer Ofisi, Mexatronika və Robototexnika Laboratoriyası, İdeya Bankı və başqa mərkəzlər fəaliyyət göstərir.

Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini də müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir.

Texnoparkda fəaliyyət göstərən Mexatronika və Robototexnika laboratoriyasında isə təşəbbüskar mühəndislər hazırlamaq istədikləri robotların və digər bu kimi layihələrin reallaşdırılması üçün lazım olan bütün avadanlıq və materiallarla təmin olunublar.

Texnopark ideyaların reallaşdırılmasına dəstək verməklə yanaşı, tələbələrdə praktik düşünmə, eləcə də mühəndis təxəyyülünün formalaşmasına xidmət edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məktəblilər üçün robototexnika təlimləri başladı

20-04-2018

Qərb Universiteti regionda robototexnika təlimləri keçəcək

04-04-2018

Gənclərin və Məktəblilərin Yay Mühəndislik Forumu keçirilib

14-07-2018

Qərbi Kaspi Universitetinin Texnoparkında hansı layihələr işləyir?

01-05-2018

Qərbi Kaspi Universitetində robotlar yarışıb

26-05-2018

Makers Day 2018 gənclər üçün təcrübə və iş imkanı yaradıb

17-11-2018

Qərb Universitetində texnopark yaradılır

02-11-2017

Qərb Universiteti xarici şirkətlə memorandum imzalayıb

06-03-2018

Qərb Universiteti yeni əməkdaşlıq memorandumu imzaladı

09-04-2018

Startap Günlərinə hazırlıqlar davam edir

11-02-2018

Made in Azerbaijan-3 qalibləri Türkiyənin aparıcı universitetlərində olub

07-06-2018

Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

10-04-2018

“Sənayenin tələb etdiyi qaydalara uyğun mühəndis hazırlayırıq”-Müsahibə

25-04-2018

Startap ekosisteminin inkişafı müzakirə edilib

30-04-2016

Rektor: “Mühəndislik ixtisasları üzrə kadr hazırlayırıq”

03-05-2018

Qalib startaplar təqdimat edib-Foto

04-11-2016

Rektor yeni memorandumu şərh etdi

17-12-2017

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

18-11-2016

Bakıda Startap Günləri keçirilir-Foto

23-02-2018

Biznes İnkubatora yeni iştirakçıların seçimi davam edir

02-02-2016

Qərb Universitetində riyaziyyat müəllimlərinin forumu

14-05-2018

AMEA YTP və Kapadokiya Texnoparkı arasında əməkdaşlıq protokolu imzalanıb

22-07-2022

Startapımız beynəlxalq müsabiqənin finalında

16-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə