Bakı Mühəndislik Universiteti (BMU) ilə “Sabah Academy” MMC arasında anlaşma memorandumu imzalanıb.
Xeberler.az xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev və MMC-nin direktoru Fərhad Paşayev tərəfindən imzalanan sənəd birgə layihələrin icrası, o cümlədən məlumat və təcrübə mübadiləsi kimi qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.
İmzalanma mərasimində cari semestrdə BMU-nun 117 tələbəsinə “SABAH.HUB” İnnovasiya Mərkəzinin “SABAH.academy” platformasına uyğun olaraq “Sahibkarlığa giriş” mövzusunda tədris proqramını təqdim etməsinə toxunulub. Bildirilib ki, bu proqram çərçivəsində IE Beynəlxalq Biznes Məktəbinin nüfuzlu professorları, Stanford Universiteti və Azərbaycanın sahibkarlıq ekosisteminin aparıcı mütəxəssisləri tərəfindən hərtərəfli öyrənmə təcrübəsi təmin olunur.
Sözügedən “Sahibkarlığa giriş” proqramı Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və “SABAH.academy” platformasının birgə təşəbbüsü olmaqla yanaşı, IE Beynəlxalq Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdirilir. Tədbirdə gələcək əməkdaşlıq istiqamətləri, həmçinin “SABAH.HUB” İnnovasiya Mərkəzi ilə birgə inkubasiya proqramlarının təşkili kimi məsələlər nəzərdən keçirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri