Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017 / 11:16

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Biləsuvarda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması işlərinə başlanılıb.

Komitədən Xeberler.az-a verilən məlumata görə, görüləcək işlərin mahiyyəti və nəticələrinin izahı, bununla əlaqədar aidiyyatı qurumların koordinasiyası ilə bağlı Biləsuvar rayonunda maarifləndirici regional İşgüzar Forum  keçirilib.

Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri təqdimatla çıxış ediblər.   

Qeyd edilib ki, rayonun torpaq ehtiyatlarına, geniş əkin sahələrinə malik olması burada səmərəli istifadəni şərtləndirir.

Belə olan halda isə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri Biləsuvarda torpaq ehtiyatlarının idarə edilməsini daha da təkmilləşdirəcək. Bu işlərin nəticəsində Biləsuvarda torpaqların təyinatı və kateqoriyaları dəqiqləşəcək, torpaq mülkiyyətçiliyinin müəyyənləşməsinə imkan verəcək.

Həmçinin istifadəçilər üçün torpaqların yerquruluşu qaydasında dəqiq sərhədləri bəlli olacaqdır. Bu isə öz növbəsində rayonun torpaq ehtiyatlarının istifadəsindən məqsədli gəlir əldə edilməsinə geniş imkanlar yaradacaq..

Məlumata görə, artıq respublikanın 12 rayonunda elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib.

Hazırda ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi, ona bitişik şəhər və qəsəbələr üzrə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir.

2017-ci ildə 3 respublika tabeli şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işinin yekunlaşdırılması planlaşdırılır. 2020-ci ilədək isə ölkə ərazisinin bütün torpaqlarında kəmiyyət və keyfiyyət göstəricilərinə görə uçot işinin yekunlaşdırılması nəzərdə tutulur.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.