Previous Next
Bağla

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015 15:39
Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanıb.
 
Bu barədə Xebeler.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib.

Komitədən bildirilib ki, ƏMDK-nin qarşısında duran əsas vəzifələrdən biri də təyinatından və mülkiyyət növündən asılı olmayaraq, ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotuna alınmasını, ərazilərin rəqəmsal xəritələrinin hazırlanmasını, avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini, mükəmməl torpaq bankının yaradılmasını təmin etməkdən ibarətdir.

Bu işlərin icrası məqsədilə artıq bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib. Yeni texnologiyaların istehsalata tətbiqi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması ilə bağlı tədbirlər həyata keçirilir.
 
Komitədən qeyd edilib ki, Bakı və Sumqayıt şəhərlərinin kadastr tarixlərində ilk dəfə olaraq, hər iki şəhərin müfəssəl elektron kadastr məlumat bazası yaradılıb, onların rəqəmsal kadastr xəritələri tərtib edilib.

Bu bazada hər bir torpaq parseli, onların üzərindəki tikili barədə müfəssəl məlumatlar toplanıb. Burada hər iki şəhər üzrə bütün daşınmaz əmlak obyektləri barədə məlumatlar, torpağın sahəsi və ölçüləri, kommunikasiya xətləri, mühafizə zonaları, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları, təyinatı, üzərindəki tikilini xarakterizə edən göstəricilər əks olunur. Bu göstəricilərə tikilinin balans saxlayıcısı, kommunal-təchizat vəziyyəti, mərtəbəliliyi, hər bir mənzilin texniki pasportuna dair  məlumatları, istismar ili, ünvanı və s. aiddir.

Hazırda Gəncə şəhərində və Şəki rayonunda da bu işlər görülür və 2016-cı ilin birinci yarımilliyində bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaqdır. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanıb. Bu layihə çərçivəsində yaxın 2 il ərzində daha 130.000 ha ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr işi yekunlaşacaq.
 
Qeyd  edək ki, bu işlərlə yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanılıb. 
 
Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq. Sistem geoməkan infrastrukturunun inkişafını, bu sahədə dövlət və biznes qurumlarının qarşılıqlı, səmərəli və şəffaf əlaqəsini təmin edəcək.

Ölkənin 4 milyon hektar ərazisini əhatə edən ortofotomaterialların rəqəmsallaşdırılması işi müvəffəqiyyətlə icra olunmaqdadır və bu iş yaxın 4 ay ərzində başa çatacaq.
 
Torpaqların elektron kadastr uçotu sisteminin yaradılması məqsədilə, komitə tərəfindən böyük əraziləri özündə cəmləşdirən sahələrdə torpaq tədqiqatı, örüş və biçənək sahələrinin tədqiqi işləri aparılır, rayonların Rəqəmsal Torpaq Xəritələri tərtib edilir.

Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə hazırlıq gedir.
 
Komitə tərəfindən davamlı olaraq inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi işi aparılır.

Uçot Sisteminin proqram təminatının yaradılması işinə başlanıb və bu işin yaxın 8 ayda yekunlaşdırılması nəzərdə tutulub.

Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması nəticəsində torpaqların sənədlərindəki göstəriciləri ilə faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq.

Kadastr xəritələri ilə bağlı problemlər həllini tapacaq. Torpaq ehtiyatlarının idarə edilməsinin dövlət mexanizmi təkmilləşəcək, dövlət nəzarəti daha effektiv həyata keçiriləcək. Ölkədə torpaq bazarının stimullaşdırılması, şəffaf fəaliyyəti, qeyri-kənd təsərrüfatı torpaqlarının kənd təsərrüfatına cəlb olunması məsələlərində informasiya bazası rolunu oynayacaq.

Torpaq bazarının bu Sistemlə tənzimlənməsi icarəyə götürülmüş, lakin istifadə olunmayan hektarlarla torpaqların aşkarlanmasına və istifadəyə verilməsinə şərait yaradacaq.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018
Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017
Regionlarda torpaqlar elektron uçota alınır

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017
Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017
Ölkədə  4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017
37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019
Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018
Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018
Bakının elektron kadastr məlumat bazası yaradılıb

Bakının elektron kadastr məlumat bazası yaradılıb

23-09-2015
Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

Rəqəmsal kadastr xəritəsi əsasında paytaxtın Baş Planı formalaşır

12-09-2019
35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

23-05-2019
Elektron kadastr uçot işlərinə başlanıldı

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018
Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018
14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018
Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019
Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019
Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

22-02-2017
Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

Əmlak Məsələləri Dövlət Komitəsi məlumatların inteqrasiyasına start verib

12-07-2019
Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

31-01-2019
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018
Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

17-01-2019
Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

20-04-2018
Zaqatalada torpaqların elektron kadastr uçotu nəticələrinin istifadəsinə start verilib

Zaqatalada torpaqların elektron kadastr uçotu nəticələrinin istifadəsinə start verilib

14-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə