Previous Next
Bağla

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017 12:19
Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

Ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin Yaradılması işi müvəffəqiyyətlə icra olunur. Ötən dövrdə respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Layihə çərçivəsində 870 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı, 700 min hektara  yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri aparılıb.

Bu barədə Xeberler.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki,  2017-ci ildə  torpaqların elektron kadastr uçotu layihəsinə cəlb edilmiş 14 rayonda 1 milyon hektardan artıq sahə, 700 minə yaxın parsel üzrə uçot işi yerinə yetirilməsi nəzərdə tutulur. Eyni zamanda bu il ərzində 800 min hektar ərazidə irimiqyaslı torpaq tədqiqatı işlərinin, 550 min hektar ərazidə çöl geobotaniki tədqiqat işlərinin aparılması planlaşdırılır.

Torpaq tədqiqatı işlərinin nəticələrinə əsaslanaraq bu ərazilərin torpaq, şorlaşma və eroziya xəritələri hazırlanır, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri  yerinə yetirilir. Qeyd edilməlidir ki, bu ilin birinci yarımilliyində 268 min hektara yaxın ərazidə çöl torpaq tədqiqatı, 200 min hektar ərazidə çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib.

Torpaqların kadastr uçotuna alınması işləri yekunlaşdıqca etibarlı kadastr məlumatları əsasında şəhər, qəsəbə, kənd bələdiyyələrinin müasir rəqəmsal xəritələri hazırlanır. Bu işlər Gəncə, Sumqayıt, Şəki şəhərlərinin, Xızı və Salyan rayonlarının inzibati sərhədləri daxilində yerləşən bələdiyyələr üçün artıq yekunlaşmışdır. Bakı şəhərinin isə 53 bələdiyyəsindən 51-nin xəritələrinin  hazırlanması işi yekunlaşmaq üzrədir.

Kadastr uçotu işlərinin nəticələrindən istifadə etməklə torpaq islahatı başa çatmamış təsərrüfatlarda yerquruluşu işləri həyata keçirilir. Bu işlər çərçivəsində Xaçmaz, Siyəzən, İmişli,  Beyləqan rayonunda yaşayan 1000-dən artıq ailənin uzun illərdən bəri mövcud olan torpaqla bağlı problemi  öz müsbət həllini tapıb.

Ölkənin 4,1 milyon hektar ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və bu ərazi üçün relyef xəritələrinin hazırlanması işi artıq başa çatdırılıb.

Respublikada iri təsərrüfatların  yaradılması məqsədilə aidiyyəti orqanlarla birlikdə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 150 min hektara yaxın torpaq massivlərinin və  bir sıra rayonlarda yeni suvarılacaq ərazilərin kadastr xəritələri hazırlanıb.

Təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq, dəqiq kadastr uçotu məlumatları əsasında rəqəmsal bələdiyyə xəritələri hazırlanacaq.

Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkəmizin kosmik imkanlarından - süni peyklərin məlumatlarından istifadə olunur.

Bununla bağlı Komitə ilə Azərkosmos arasında anlaşma memorandumu imzalanıb.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018

35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

23-05-2019

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019

Zaqatalada torpaqların elektron kadastr uçotu nəticələrinin istifadəsinə start verilib

14-11-2018

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018

Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

31-01-2019

Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

20-04-2018

Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

17-01-2019

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

27-11-2018

Bakının elektron kadastr məlumat bazası yaradılıb

23-09-2015

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018

Naviqasiya sistemindən istifadə sayı 100 minə çatır

24-07-2017

Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

22-02-2017

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018

İşğaldan azad edilmiş ərazilərdə aparılan dövlət torpaq kadastr uçotu işləri açıqlanıb

18-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə