“Rəqəmli yayıma tam keçid üçün müəyyən məsələlər həll olunmalıdır”

30-06-2016 / 15:01

Məlumat verdiyimiz kimi, uzun müddətdir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə rəqəmsal yayıma keçidlə bağlı müxtəlif tədbirlər görülür.

Bildirilmişdi ki, 2015-ci ilin sonuna kimi Azərbaycanda anoloq yayımın dayandırılacaq.

Verilən müddət başa çatsa da,  ölkədə hələlik rəqəmsal yayıma  tam keçid müşahidə olunmur. Analoq yayım dayandırılmayıb.

Görünür, bu istiqamətdə işlər hələ yekunlaşmayıb və hanısa səbəbə görə ləngiyir.

"Azərbaycan ərazisinin əhali yaşayan hissəsinin 90%-i rəqəmli teleyayımla əhatə olunub".

Xeberler.az Report-a istinadən məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib:

"Bunun üçün artıq zəruri infrastruktur da yüksək səviyyədə qurulub".

Onun sözlərinə görə, hazırda ölkədə tam rəqəmli yayıma keçidin reallaşması üçün müəyyən məsələlər həll olunmalıdır: "Burada analoq yayımın dayandırılıb, tam şəkildə rəqəmli yayıma keçidlə bağlı məsələlər nəzərdə tutulur. Hazırda bu istiqamətdə zəruri işlər aparılır. Hesab edirəm ki, müəyyən texniki və təşkilati məsələlər həll olunduqdan sonra, tam şəkildə rəqəmli yayımı tətbiq etmək mümkün olacaq".

Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda rəqəmli yaym mövcuddur və istifadəçilər müasir televizorları vasitəsilə bu xidmətdən istifadə edə bilər.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.