Rumıniyanın milli xəbər agentliyi Avropa Oyunları ilə bağlı xüsusi rubrika açıb

12-06-2015 / 16:29

Rumıniyanın Agerpres milli xəbər agentliyi “Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar agentliyin Internet səhifəsində xüsusi rubrika açıb.

Xeberler.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, rubrikada ilk Avropa Oyunları barədə ətraflı məlumatlar, sənədli filmlər, agentliyin Azərbaycana göndərilmiş xüsusi müxbirinin operativ xəbərləri yer alır. Burada, həmçinin Azərbaycan, Avropa Oyunları barədə videoçarxlar yerləşdirilib.

“Bakı-2015” ilk Avropa Oyunlarına dair məlumatlar Agerpres agentliyi ilə yanaşı, Rumıniyanın Digisport telekanalı, idmanla bağlı digər KİV-ləri tərəfindən diqqətlə izlənilir, mütəmadi olaraq ictimaiyyətə çatdırılır.

Xüsusi rubrika ilə bağlı buradan məlumat almaq olar. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə