“Seven Network” televiziya kanalı ilk Avropa Oyunlarının son yayım tərəfdaşı oldu

14-04-2015 / 10:39

Avstraliyanın “Seven Network” televiziya kanalı ilk Avropa Oyunlarının son yayım tərəfdaşı oldu. Belə ki, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) birinci Avropa Oyunlarını nümayiş etdirmək üçün Avstraliyanın Olimpiya Oyunları teleyayımçısı “Seven Network” kanalı ilə müqavilə imzalayıb. “Seven Network” Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı, eyni zamanda 2007-ci ildən bəri ölkəsinin ən reytinqli televiziya kanalıdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xəbərlər-ə verilən məlumata görə, təşkilat Komitəsindən qeyd edilib ki, kanal ilk Avropa Oyunlarının ölkə üzrə 8.4 milyon evə gündəlik yayımını öhdəsinə götürüb. “Seven Network” kanalı ilə bağlanmış müqavilə Avropa teleyayımçıları ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Kanada, Hindistan, Çin və ərəb dünyası ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın dörd bir yanında Birinci Avropa Oyunlarının daha çox tamaşaçı kütləsi tərəfindən izlənilməsini təmin edir.

BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Seven Network” kanalının olimpiya oyunlarının nüfuzlu teleyayımçısı olduğunu bildirib: “Bu kanalın ilk Avropa Oyunlarının teleyayımını öhdəsinə götürməsi “Bakı-2015”-in beynəlxalq idman tarixinə mühüm töhfə olduğunu bir daha təsdiq edir. Bu sazişlə “Bakı-2015” Birinci Avropa Oyunları bağlanmış yayım müqavilələrinin sayını 57-yə çatdırdı”.

 “Seven Network” kanalının idman şöbəsinin direktoru Sol Ştayn da yayımla bağlı fikirlərini paylaşıb: “Bizim vəzifəmiz mötəbər idman tədbirlərini tamaşaçılarımıza təqdim etməkdir. Birinci Avropa Oyunlarının, uzunmüddətli teleyayımını həyata keçirdiyimiz Olimpiya Oyunları və ilk dəfə ödənişsiz yayımını təşkil etmək üçün müqavilə imzaladığımız Paralimpiya Oyunları ilə mükəmməl uyğunluq təşkil etdiyini düşünürük”.

Məltəm Talıbzadə

  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə