Səsvermənin gedişini onlayn izləmək olar

01-11-2015 / 11:08

Bu gün keçirilən parlament seçkilərində vətəndaşlar parlament seçkilərinin gedişini onlayn rejimdə izləyə bilirlər.

Xəbərlər.az  məlumat verir, Mərkəzi Seçki Komissiyası ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırıb.

Səsvermə prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq ana səhifədən “Online observation” bölməsinə daxil olmaq və seçki dairəsini seçmək lazımdır. Müvafiq saylı dairə seçki komissiyasını seçdikdən sonra veb-kameraların quraşdırıldığı məntəqələrin siyahısı açılır. Vətəndaşlar siyahıda istədikləri məntəqəni seçərək səsvermənin gedişini gün ərzində canlı izləyə bilərlər.

Qeyd edək ki, Azərbaycanda seçki məntəqələrində veb-kameraların quraşdırılması praktikası 2008-ci ildən tətbiq olunur. Bu il seçki məntəqələrinin təxminən 20 faizində veb-kameralar quraşdırılıb.
Seçkilərin gedişini müvafiq dairəni və məntəqəni seçməklə BURADAN canlı izləmək olar. 

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ( RYTN) tərəfindən seçkilər zamanı müdaxilə hallarının baş verməsinin qarşısını almaq məqsədilə tədbirlər gücləndirilib,  3 qat ehtiyatlılıq sistemi qurulub

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.