Tarixdə ilk-İnsan beyni birbaşa İnternetə qoşulub

15-09-2017 / 16:17

Brainternet layihəsi birbaşa yayım rejimində elektroensefaloqramın köməyilə insanın beyin fəallığı haqqında məlumatları şəbəkəyə çıxarır.

Belə ki, istifadəçi başına “Emotiv EEG” adlı qurğunu taxır. Qurğu “Raspberry Pi” mikrokompüteri vasitəsilə beyin dalğalarını tətbiqi proqram interfeysinə çevirir və onu portalda yerləşdirir. Burada hər kəs təcrübi fərdi beyin fəallığına baxa bilər.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Brainternet açıq portalı informasiya texnologiyaları mütəxəssisi Adam Pantanoviç tərəfindən yaradılıb.

 O, layihənin insan beyninin fəaliyyətinin dərk edilməsinin sadələşdirilməsi, həmçinin texnologiyaların inkişafına kömək edəcək məlumat bazasının yaradılması üçün nəzərdə tutulduğunu qeyd edib.

“Biz istifadəçi və onun beyni arasında interaktiv əlaqəni elə qurmaq istəyirik ki, insan ona stimul verərək cavabı görə bilsin. Brainternet tezliklə smartfon üçün proqram vasitəsilə məlumatların emalı funksiyasını əldə edəcək ki, bu da maşın təlimi üçün alqoritmləri təmin etməyə imkan verəcək. Biz gələcəkdə ikitərəfli əlaqə qura, yəni daxil olan və ötürülən siqnalları beyinə göndərə biləcəyik”, – deyə Pantanoviç bildirib.

Müəllifin sözlərinə görə, Brainternet real vaxt rejimində beyinin fəaliyyətini açıq şəkildə izləməyə imkan verən ilk layihədir. O, gələcəkdə insanı “Əşyaların İnterneti”nə birbaşa qoşa biləcək.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.