TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016 / 21:52

Azercell Telekom MMC və PAŞA Bank-ın dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi-nin və WoWoman platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli TechFall 2016 Hackathon layihəsi başa çatıb.

Xeberler.az-ın məlumatına görə, 5-6 noyabr tarixlərində keçirilən final mərhələsində komandalar püşkatma vasitəsilə mövzu seçib, həmin mövzu üzərində yatmadan 36 saat ərzində tətbiq hazırlayıblar. Təqdim olunan tətbiq ilk öncə texniki münsiflər heyəti tərəfindən qiymətləndirilib. 9 noyabr tarixində keçirilən təqdimat mərasimində isə komandaların tətbiqləri peşəkar münsiflər qarşısında təqdim edilib və qaliblər bəlli olub.

Beləliklə TechFall 2016 Hackathon yarışmasında Mango layihəsi ilə HelloHackathon komandası qalib olub.II yeri Hacksters, III yeri isə Compilers komandası qazanıb.

TechFall 2016 Hackathon yarışmasında ilk yerin qalibinə Azercell və PAŞA Ban-dan dəyərli hədiyyələr, 2-ci yerin sahiblərinə Step IT akademiyasından IT kurslarda 1 aylıq iştirak kuponu, 3-cü yerin sahibinə isə  Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən dəyərli hədiyyələr təqdim edilib.

 

 Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.