Previous Next
Bağla

HackDay-in qalib proqramçıları açıqlanıb

14-03-2016 18:16
HackDay-in qalib proqramçıları  açıqlanıb

Məlumat verdiyimiz kimi,  bir neçə gündür ki, Azercell Telekom MMC-nin  dəstəyi ilə ölkəmizdə daha bir maraqlı yarışma  keçirilir.

Belə ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə Barama HackDay 2016 layihəsi martın 10-dan etibarən gənc proqramçıları bir araya toplayıb.

Barama HackDay 2016 tədbirinə ilkin olaraq 43 komanda (hər komandada 3 nəfər olmaqla)  müraciət edib və  münsiflər heyyətinin qiymətləndirməsindən sonra 13 komanda yarışmada iştirak hüququ qazanıb.

“Pyhton və proqramlaşdırmanın əsasları” adlı təlimlə start götürən tədbirin yarış hissəsi 12 Mart 09:00-dan etibarən başlayıb və 36 saat davam edib.

Proqramçılar bu müddət ərzində yarışın “Code. Eat. Sleep” (Kodlaşdır. Ye. Yat) şüarına uyğun olaraq yatmadan işləyiblər.Yarışmada iştirak edən komandalara “qida” sektoru ilə bağlı mövzu təqdim olunub.

Heyətlərində dizayner, front-end developer, backend developer olan komandalara verilən mövzuya uyğun olaraq 36 saat ərzində web resurs yaratmaq tapşırılıb.

Azercell-dən Xeberler.az-a verilən məlumata görə, bu gün  baş tutan mükafatlandırma mərasimində hər bir komanda 5 dəqiqədən çox olmayaraq hazırladıqları resursları münsiflər heyyəti qarşısında təqdim ediblər.

Works On My Machine qalib komanda üzvləri Önər Əlili, Eldar Ələsgərov, Rauf Əliyev Huawei mate s smartfonları ilə mükafatlandırılıblar.

 2-ci və 3-cü yerlərin sahibi olan Yusfot  (Elşad Pirimov, Rüfət Babakişiyev, Hikmət Qurbanlı) və Bet265 (Məzahir Eyvazlı, Rəhman Məmmədov, Xumar Musayeva) komandalara isə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Onlar 36 saat yatmayacaq- Yarışma

04-03-2016

HackDay 2016 başladı- Fotolar

10-03-2016

HackDay-də iştirak edən komandaların adları açıqlandı

09-03-2016

Proqramçılar arasında keçirilən yarış canlı yayımlanır – Video

12-03-2016

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

Proqramçılar arasında keçirilən yarışın qalibləri açıqlandı

25-04-2017

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016

Proqramçılarımızın yarışı başlayıb-Onlar gecə yatmayacaq

05-11-2016

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

18-10-2016

2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

14-05-2018

Proqramçılar üçün yarış elan edilib

23-10-2017

“Gecə kod yazmaq daha maraqlıdır”- Yuxusuz qalan proqramçılar danışır

13-03-2016

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Qadın proqramçılarımızın yarışı keçiriləcək

11-10-2016

Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

01-03-2017

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

02-07-2019

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022

“Azercell”in “Barama” layihəsindəki staj proqramı başa çatıb

29-10-2010

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə