Telekommunikasiya peyki üzrə istehsalçının seçimi ilə bağlı tender elan edilib

11-08-2015 / 11:26

Azərspace-2 telekommunikasiya peyki üzrə istehsalçının seçimi ilə bağlı tender elan olunub. Hazırda təkliflərin qiymətləndirlilməsi prosesi aparılır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, peykin resurslarının 45,9 faizinin uzunmüddətli icarəsi ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan İntersat şirkəti ilə müqavilə imzalanıb. Nəticələr yaxın vaxtlarda açıqlanacaq.

2013-cü ilin fevralından fəaliyyətə başlayan Azərbaycanın ilk peyki - Azərspace-1-in əhatə zonasına Avropa, Afrika, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir. Milli peyk Azərkosmos ASC tərəfindən ən yüksək beynəlxalq tələblərə cavab verən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən dayanıqlı və fasiləsiz idarə edilməkdədir. Hazırda Azərspace 1 peyki üzərindən 61 televiziya və radio kanalı yayımlanır.

Xeberler.az

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.