Artıq “FOG TV” də “Azərspace-1” peykindedir

24-10-2013 / 23:25

Azərbaycanın ilk telekommunikasiya peykinə daha bir televiziya kanalı qoşulub. Türkiyənin “FOG TV”-si də “Azərspace-1” peyki vasitəsilə yayımlanmağa başlayıb.

“Azərkosmos” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə menecer Kamran Əliyev bildirib ki, "FOG TV”-nin Azərbaycanın peyki üzərindən yayımı artıq bu ayın ortalarından həyata keçirilir.Kamran bəy qeyd edib ki, dünyanın bir sıra televiziya kanallarının “Azərspace-1” peykinə marağı böyükdür. Ona görə də peykdən yayımlanan TV kanalların sayı artmaqdadır.

Kamran bəy bildirib ki, bununla peykdəki kanalların sayı 59-a çatıb. Qısa bir zaman kəsiyində kanalların sayının bu qədər artması çox yaxşı haldır.(ictnews.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə