“Twitter-in dünyaya təsiri daha güclüdür”

14-12-2014 / 10:12

Twitter-in həmtəsisçisi Evan Uilyams “Fortune” jurnalına müsahibəsində deyib ki, Instagram-ın auditoriyasının artması onu həyəcanlandırmır, çünki Twitter mikrobloqlar xidməti daha çox pul qazanır və dünyaya daha güclü təsirə malikdir.

Bu yaxınlarda mediada dərc olunmuş məlumata əsasən, Instagram-ın auditoriyası aylıq 300 milyon aktiv istifadəçiyədək artıb. Son rəsmi məlumatlara görə, Twitter-in aylıq aktiv auditoriyası 284 milyon istifadəçidən ibarətdir.
 
“Nə üçün biz yalnız istifadəçilər haqda danışırıq? Instagram-la müqayisədə Twitter-in dünyaya təsiri daha güclüdür. Bu, real vaxt rejimində məlumat şəbəkəsi deməkdir. Twitter-də mühüm xəbərlər açıqlanır və dünya liderləri müzakirələr aparırlar” – deyə Uilyams fikrini əsaslandırıb.
 
Instagram xidmətini 2012-ci ildə Facebook şirkəti 1 milyard dollara satın alıb. Twitter-in kapitallaşması hazırda  təxminən 23 milyard dollar olsa da, şirkət zərərlə işləyir.

Mənbə: ictnews.az    


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.