“Twitter” bahalaşır

18-11-2013 / 09:47
“Twitter” yaxın zamanda ABŞ-dan kənarda avtomatlaşdırılmış reklam yerləşdirmə xidmətini istifadəyə verəcək.
Məlumata əsasən, sistemin beynəlxalq versiyası kiçik və orta biznes müəssisələrinə yönəldilib.
İlk mərhələdə reklam platforması Böyük Britaniya, İrlandiya və Kanadada kommersiya müştəriləri üçün işə salınacaq və onlar “Promoted Tweets” xidmətini əldə edə biləcəklər. Bu ölkələrdə sistem bu həftə istifadəyə veriləcək.
Xatırladaq ki, ötən həftə “Twitter” səhmlərinin ilkin yerləşdirilməsi zamanı açıq bazarda 1,8 milyard dollar əldə edib. Sərmayədarlar tərəfindən şirkət 24 milyard dollara qiymətləndirilsə də, səhmlərin Nyu-York birjasında yerləşdirilməsindən sonra dəyər yüksəlib. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə