Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

20-12-2016 / 17:11

Vergilər Nazirliyində Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir İdarəsi Başqanlığının nümayəndə heyəti ilə görüş keçirilib.

Nazilikdən Xeberler.az-a verilən məlumata görə, vergilər nazirinin müavini Sahib Ələkbərov qonaqlara ölkədə həyata keçirilən vergi siyasəti barədə məlumat verib.

Bildirilib ki,  Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişlərinə uyğun olaraq, vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə bir sıra mühüm addımlar atılıb, o cümlədən vergi qanunvericiliyi və inzibatçılığında bir sıra ciddi dəyişikliklər edilib. 

Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində apardığı işlərə toxunan nazir müavini bildirib ki, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə iri şəhər və rayonlarda vergi ödəyiciləri üçün 57 xidmət mərkəzi yaradılıb, vergi ödəyicilərinə 63 elektron xidmət göstərilir.

Nazir müavini Vergilər Nazirliyi yanında Çağrı Mərkəzinin fəaliyyəti barədə məlumat verərək Mərkəzin yaradılması zamanı Türkiyə təcrübəsindən istifadə edildiyini vurğulayıb.  O, ölkələr arasında tarixi bağlılıq, sıx əməkdaşlıq və dostluq münasibətlərinə toxunaraq bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşdən sonra qonaqlar Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Xidmət və uçot idarəsinin, habelə Tədris Mərkəzinin və Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin fəaliyyəti ilə tanış olublar.

Sabah onlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Asan Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olacaqlar. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.