WhatsApp-a yeni funksiya əlavə edilib

12-01-2017 / 16:42

WhatsApp beta versiyasının son yeniləməsini təqdim edib.

Xeberler.az-ın məlumatına görə,  platformaya  GIF şəkillər üzrə axtarış funksiyası əlavə edilib.

Belə ki, artıq mobil tətbiqdən çıxmadan GIF formatlı şəkillər əlavə etmək mümkündür.

Xatırladaq ki,  WhatsApp-da yalnız konkret qurğuda saxlanılmış şəkilləri əlavə etmək mümkün idi. İndi isə Giphy kitabxanasından istifadə etmək də mümkündür. Əlavə edilən şəkillərin limiti isə  (10-dan 30-dək) artırılıb.

Belə ki, WhatApp-ın mətn hissəsində  “Emosiya”  işarəsinə toxunduğunuz zaman GIF şəkillərin axtarışına başlamaq mümkündür.Açılan pəncərədə emosiya və GIF fayllar arasında keçid etmək imkanı yaradılıb. Sonuncu vərəq ən populyar GIF şəkilləri göstərir. Açar sözlər üzrə Gyphy bazasında axtarış seçimi  də mümkündür.

GIF şəkillər üzrə axtarış imkanı platformanın beta versiyasında (1.27.7) istifadəyə verilib.

Günel 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə