Yaponiyada kriptovalyuta investorları vergi ödəyəcək

18-07-2018 / 15:28

Xeberler.az xarici mediaya istinad edərək bildirir ki, Yaponiyadakı investorlar qazancları nisbətində kripto pul vergisi ödəyəcək.

Bildiyiniz kimi kripto pullar bu gün mövcud olan ən təsirli investisiya üsullarından biridir. Kripto pul vahidlərinin qiymətlərində baş verən dəyişikliklərə görə bəzi investorlar itkilərlə qarşılaşarkən, bəzi investorlar isə əhəmiyyətli qazanclar əldə edir. Bu səbəbdən bəzi ölkələr investorların vergi ödəmə sistemləri üzərində işləyirlər. 

Belə ki, Yaponiya Milli Vergi Agentliyi və Yaponiya Maliyyə Xidmətləri Service yeni vergitutma prosesi haqqında açıqlama verdi. İl ərzində 1800 dollar və ya daha çox qazanc əldə edən investorlar, vergi ödəmək məcburiyyətində qalacaq. Vergi ödəməsi lazım olan kəsləri təyin etmək üçün isə bir proqram üzərində işləyirlər.

Hər kəsə açıq bir şəkildə paylaşılacaq olan şəffaf sistem, investorların kar və zərər nisbətlərini hesablayacaq. Bu yolla bütün proses rəqəmsal olaraq idarə oluna biləcək. Beləliklə sistemdə təyin edilən məbləğlərə uyğun olan investorlar vergiyə cəlb olunacaqlar.

Sevinc Baba-zadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.