Previous Next
Bağla

Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?

28-03-2023 14:51
Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?

ABŞ və Avropadakı bank böhranlarının digər ölkələrin bank sektorları ilə yanaşı, kriptovalyuta bazarlarına da necə təsir edəcəyi maraq doğurur.

"Report" mövzunun aktuallığını nəzərə alaraq kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyevlə həmsöhbət olub.

Onun sözlərinə görə, maliyyə bazarı tənzimləyicilərinin (mərkəzi banklar və s.) yürütdüyü “yumşaq” siyasət, bazara daha çox pul buraxılması investorları risklərə olan tələbləri azaltmağa, kriptovalyutalar da daxil olmaqla yeni texnologiyalara və digər riskli aktivlərə yatırım etməyə sövq edir.

“Bəzi ciddi investorlar öz vəsaitlərini qorumaq və mövcud vəziyyətdə daha da çox pul qazanmaq üçün “bitcoin”lə maraqlanmağa başlayıblar. Buna səbəb onun son 3 ay ərzində ənənəvi aktivlər – səhm, qızıl və digər qiymətli metallardan daha yaxşı “performans göstərməsidir". Hətta ABŞ-ın aparıcı investisiya bankı - “Goldman Sachs”ın analitikləri “bitcoin”i "2023-cü ilin ən effektiv aktivi" adlandırıb. Mövcud vəziyyət onu göstərir ki, kommersiya bankları öz müştərilərinin kripto-investisiyalara artan tələbini nəzərə alaraq maliyyə bazarı tənzimləyicilərinə bu sahədə siyasəti yumşaltmaq üçün təzyiq edirlər”, - deyə ekspert qeyd edib.

Bununla belə, E.Quliyev hesab edir ki, bank böhranlarının “bitcoin” başda olmaqla kriptovalyutalara mütləq dəyər qazandıracağını qəti şəkildə iddia etmək olmaz: "Bu ehtimal böyük olsa da, reallıq fərqli ola bilər və bu mövzu ilə bağlı 2 ssenari var. Birinci ssenaridə mərkəzi banklar maliyyə bazarındakı “alovu söndürmək" üçün bazarı pulla doldururlar və bu ssenari kriptovalyutalar üçün əlverişlidir, onların qiymətlərini yüksəldəcək. İkinci halda isə, bank böhranı böyüməyə davam edəcək, bankların daha da çökməsi “bitcoin”in dəyərinin daha da artmasına səbəb olacaq. Ancaq hər şey o qədər də sadə deyil. Əgər maliyyə sistemində vəziyyət daha da pisləşərsə, investorlar vəsaitlərini hər yerdən çıxarmağa tələsəcəklər. Kriptovalyuta bazarı da bundan zərər görəcək. Likvidlik azalarsa, kriptovalyutalar da dəyər itirəcək. Sonradan “bitcoin” və digər kripto aktivlərin özünə gəlməsi ənənəvi aktivlərlə müqayisədə uzun çəkə bilər".

Xatırladaq ki, hazırda kriptovalyuta bazarında ən bahalı aktiv "bitcoin"dir. Onun bir tokeninin qiyməti təxminən 27 min ABŞ dollardır. Növbəti yerlərdə isə “Ethereum” (təxminən 1 700 ABŞ dolları) və "Tether" (təxminən 1 000 ABŞ dolları) qərarlaşıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kriptovalyuta bazarında "Bitcoin"in kəskin bahalaşmasının səbəbləri nədir?

Kriptovalyuta bazarında "Bitcoin"in kəskin bahalaşmasının səbəbləri nədir?

26-10-2023
Kriptovalyutalar ucuzlaşıb

Kriptovalyutalar ucuzlaşıb

11-05-2018
Bitcoin yeni rekorda imza atdı

Bitcoin yeni rekorda imza atdı

07-08-2017
Tramp ABŞ-ni “dünyanın kriptopaytaxtı” etmək niyyətindədir

Tramp ABŞ-ni “dünyanın kriptopaytaxtı” etmək niyyətindədir

03-03-2025
Bitcoin-in qiyməti 9 min dollardan aşağı düşüb

Bitcoin-in qiyməti 9 min dollardan aşağı düşüb

02-02-2018
3 böyük bank Bitcoin-i qadağan etdi

3 böyük bank Bitcoin-i qadağan etdi

05-02-2018
Trampın yeni kripto layihəsi olan WLFI tokenləri bazara çıxacaq

Trampın yeni kripto layihəsi olan WLFI tokenləri bazara çıxacaq

25-08-2025
“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəlib

“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəlib

14-07-2025
İnvestisiya portfelinin ən azı bir faizi bitcoin olmalıdır

İnvestisiya portfelinin ən azı bir faizi bitcoin olmalıdır

17-04-2019
Kriptovalyuta tranzaksiyaların icrası niyə gecikir?-Şərh

Kriptovalyuta tranzaksiyaların icrası niyə gecikir?-Şərh

08-12-2017
Dünya Bankından kriptovalyuta açıqlaması

Dünya Bankından kriptovalyuta açıqlaması

09-02-2018
Texas bitcoin ilə bağlı qanun qəbul edib

Texas bitcoin ilə bağlı qanun qəbul edib

26-05-2025
Bitcoin daha bir rekorda imza atdı

Bitcoin daha bir rekorda imza atdı

13-06-2017
Mərkəzi Bankdan Bitcoin açıqlaması

Mərkəzi Bankdan Bitcoin açıqlaması

12-02-2018
Bitcoin-in yaradıcısı məlum oldu-Foto

Bitcoin-in yaradıcısı məlum oldu-Foto

02-05-2016
Elektron pul vahidi daha bir rekorda imza atdı

Elektron pul vahidi daha bir rekorda imza atdı

12-08-2017
Avropa Mərkəzi Bankı: “Bitcoin almaq böyük riskdir”

Avropa Mərkəzi Bankı: “Bitcoin almaq böyük riskdir”

01-12-2017
Parçalanma Bitcoin-in qiymətinə necə təsir edəcək?-Təhlil

Parçalanma Bitcoin-in qiymətinə necə təsir edəcək?-Təhlil

05-08-2017
İddia: Bu il Bitcoin-in dəyəri 40 min dollar olacaq

İddia: Bu il Bitcoin-in dəyəri 40 min dollar olacaq

16-02-2018
Yeni virtual valyuta təqdim olunur

Yeni virtual valyuta təqdim olunur

10-04-2015
Kriptovalyuta sahəsində nə baş verir?-Bitcoin parçalandı

Kriptovalyuta sahəsində nə baş verir?-Bitcoin parçalandı

02-08-2017
Kriptovalyutaların yarısı uğursuz oldu-Araşdırma

Kriptovalyutaların yarısı uğursuz oldu-Araşdırma

26-02-2018
Brian Kelly: Bitcoin yeni maksimum qiymətə çatacaq

Brian Kelly: Bitcoin yeni maksimum qiymətə çatacaq

13-04-2019
Bitcoin-dən rekord: Qiyməti 2 min dolları keçdi

Bitcoin-dən rekord: Qiyməti 2 min dolları keçdi

23-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə