Yaponiyalılar ən kiçik insanabənzər robot təqdim ediblər

14-10-2008 / 21:35

Yaponiyada bu günədək ən kiçik, daha dəqiq desək üç santimetr hündürlüklü insanabənzər robot təqdim olunub.
Robo-Q adlandırılan 3,4-santimetrlik bu robot süni intellektlə təchiz olunub ki, bunun, köməyi ilə o, ətrafa uyğunlaşa və müxtəlif oyunlar oynaya bilir. Belə ki, robot futbol oynayır, labirintlərdən asanlıqla çıxış yolu tapır və quraşdırılmış infraqırmızı sensorların köməyi ilə qarşısında qəflətən əmələ gələn əşyaların yanından keçir.
Gələn ilin fevral ayında əvvəlcədə Yaponiyada, bir qədər sonra isə Avropada satışa çıxarılacaq qeyri-adi robotun qiyməti təqribən 40 ABŞ dolları təşkil edəcək. Bu oyuncağı alan şəxslər, onunla pult vasitəsi ilə idarə edə biləcəklər.

Xeberler.az/Ələkbər


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə