Yaponiyada hazırlanmış “Pepper” adlı insanabənzər robot Böyük Britaniya parlamentinin komitə üzvləri qarşısında çıxış edib. Bu, tarixdə ilk dəfə Böyük Britaniya parlamentində çıxış etmiş ilk robotdur.
Xeberler.az bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, Böyük Britaniyanın qanunvericiləri Yaponiyanın “Softbank Group” şirkəti tərəfindən hazırlanmış “Pepper” robotunun iclas otağına daxil olaraq ingilis dilində çıxışını maraqla izləyiblər.
“Pepper” robotu qanunvericilərə yaşlı insanlara kömək edəcək robot istehsalının inkişaf layihəsi haqda məlumat verib. Layihənin məqsədi səhiyyə sisteminin üzərinə düşən yükü azaltmaqdır. Həmçinin bu layihə yaşlı insanlara sərbəst yaşamaqda, təklikdən uzaqlaşmaqda və onların həyat şəraitini yaxşılaşdırmaqda kömək edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri