Nazirliklərin göstərəcəyi elektron xidmət növlərinin siyahısı açıqlanıb

28-11-2011 / 14:38
Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı" və "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nı təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin rəsmi saytında məlumat verilib.

Baş nazir Artur Rasizadənin imzaladığı qərarla elektron xidmətlər reyestrinin operatoru funksiyaları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb.

Nazirlik bir ay ərzində elektron xidmətlər reyestrini formalaşdırmalıdır.

Mərkəzi icra hakimiyyəti orqanları elektron xidmətlərin elektron xidmətlər reyestrində qeydə alınmasını təmin etmək, elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Qaydalar aşağıdakı konkret sahələrdə göstərilən xidmətləri əhatə edəcək: Ailə, qadın, uşaq problemləri, arxitektura və tikinti, dini qurumlarla iş, dövlət qulluğu, əmək və məşğulluq, əmlak münasibətləri, gömrük işi, hüquqi xidmətlər, hüquq mühafizə, idman və bədən tərbiyəsi, kənd təsərrüfatı, kommunal xidmətlər, konsulluq xidmətləri, qaçqınlar və məcburi köçkünlərlə iş, maliyyə, qiymətli kağızlar, audit, mədəniyyət, turizm, müdafiə, nəqliyyat, rabitə və informasiya texnologiyaları, səhiyyə, sənaye, ticarət, sosial müdafiə, sosial təminat, standartlaşdırma və metrologiya, statistika, təbii resurslar və ekologiya, təhsil və elm, torpaq və xəritəçəkmə, vergilər, vətəndaşlıq, miqrasiya.

Elektron xidmət növlərinin SİYAHISInı Nazirlər Kabinetinin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə