Previous Next
Bağla

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015 18:14
Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirilib.

Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.

Xeberler.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, elektron xidmət növlərinin siyahısına Əmlak Məsələləri Dövlət Komitəsinin 7 yeni e-xidməti əlavə olunub.

Bu xidmətlərə “Torpaq kadastr məlumatları barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Torpaq kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Müxtəliftəyinatlı xəritə və atlasların tərtibatı və nəşri üçün müraciətin və sənədlərin qəbulu”, “Yerquruluşu işlərinin, torpaq və geobotaniki tədqiqatların aparılması, bonitirovka xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu”, “Torpaq kadastr xəritələrinin və CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulu”, “Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu” və “Bələdiyyələrin xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu” daxildir.

Qeyd edək ki, bu elektron xidmətləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) göstərib. Prezident İlham Əliyevin məlum fərmanı ilə DTXK ləğv edilərək komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.

Bunun nəticəsi olaraq adıçəkilən elektron xidmətlərin təchizatçısı kimi ƏMDK müəyyən olunub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda elektron xidmətlərin sayı artırıldı

17-05-2015

Nazirlik 3 yeni e-xidmət istifadəyə verdi

22-04-2017

Daha bir elektron xidmətin adı dəyişdirilib

19-11-2015

Bütün e-xidmətlər nazirliyin saytında yerləşdirilib

16-01-2015

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018

Azərbaycanda elektron xidmət növlərinin sayı artırılıb

23-06-2015

Azərbaycanda elektron özəlləşdirməyə start verilib

06-08-2014

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

06-08-2014

Elektron xidmət növləri siyahısında dəyişiklik edilib

04-07-2017

“Həkim axtarışı” - yeni xidmət yaradılır

13-02-2015

İki elektron xidmətin inzibati reqlamentində dəyişiklik olunub

12-11-2015

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017

Müəllif Hüquqları Agentliyinin 5 elektron xidməti yeniləndi

16-11-2016

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017

Elektron xidmət növlərinin siyahısı artırıldı

19-04-2015

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018

Azərbaycanda torpaqların qiymətləndirilməsi elektron formada aparılır

01-03-2013

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018

Çağırışçılar hərbi xidmət yerlərini SMS-lə öyrənəcək

01-05-2015

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017

Torpaqların elektron uçotu qaydaları təsdiqlənib-Fərman

08-03-2016

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019

Portala 3 yeni e-xidmət inteqrasiya olundu

10-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə