Previous Next
Bağla

Azərbaycan startapları Səudiyyə Ərəbistanında yeni akselerasiya proqramına qatıla bilər

19-10-2024 15:09
Azərbaycan startapları Səudiyyə Ərəbistanında yeni akselerasiya proqramına qatıla bilər

“Al-Farabi Innovation Hub” innovasiya mərkəzi “Astana Hub” və “Plug and Play Saudi” ilə birgə Orta Asiyadan olan startaplar üçün hazırlanmış “Al-Farabi ScaleUp” proqramının ilk buraxılışının başlandığını elan edir. Proqram Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək və Yaxın Şərq və Şimali Afrika (MENA) bazarında genişlənməyə hazır olan startapları dəstəkləmək məqsədi daşıyır. MENA bazarı Misir, Əlcəzair, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər kimi Yaxın Şərq və Şimali Afrika ölkələrini əhatə edir.

Xeberler.az “Al-Farabi Innovation Hub”a istinadən məlumat verir ki, iştirak üçün müraciətlər 2024-cü il oktyabrın 25-dək qəbul edilir. Proqram “Product-Market Fit” (PMF) mərhələsində İT layihələrinə və Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstandan olan yetkin texnologiya şirkətlərinə yönəlib. Seçim nəticələrinə əsasən, 15 ən yaxşı startap Səudiyyə Ərəbistanı bazarına daxil olmaq, o cümlədən regionun aparıcı korporasiyaları və vençur fondları ilə əlaqələr qurmaq imkanı əldə edəcək.

Çoxillik təcrübəsi olan və MENA regionunda innovativ layihələr üzərində işləyən “Plug and Play” mentorluq dəstəyi və beynəlxalq bazarlara daxil olmaq üçün imkanlar təqdim edəcək. Proqrama Səudiyyə Ərəbistanında 6 həftəlik onlayn təlim və 8 həftəlik offlayn iş daxildir. İştirakçılar məhsulların regional bazara uyğunlaşdırılmasında dəstək, habelə regionun aparıcı fondlarından və investorlarından sərmayələr cəlb etmək şansı, həmçinin Ər-Riyadda iki ay müddətində yerləşmə imkanı əldə edəcəklər. Ən perspektivli layihələr “Tumar Venture Fund”dan investisiyalar cəlb edə biləcək.

Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi və “Tumar Venture Fund”un birgə innovasiya mərkəzi olan “Al-Farabi Innovation Hub” bu ilin mart ayında açılıb. Mərkəzin vizyonu Qazaxıstandan olan istedadlı sahibkarları və innovativ startapları Səudiyyə Ərəbistanına cəlb etmək və ilkin sərmayə, akselerasiya proqramları, dəyərli sənaye bilikləri və şəbəkələşmə imkanları təmin etməklə onların regiona köçməsini və inkişafını dəstəkləməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İRİA və “Plug and Play” "GOAL" proqramına start verir

23-03-2026

Səudiyyə Dəmiryolları Huawei ilə əməkdaşlıq edəcək

26-07-2019

Türk dövlətlərin texnoloji startapları ABŞ-ın Silikon Vadisinə çıxış əldə edəcək

02-04-2023

İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

01-12-2025

Telegram Astana Hub ilə əməkdaşlığa başlayıb

01-07-2025

Səudiyyə Ərəbistanında ekstremist çatdan istifadə edən beş istifadəçini həbs ediblər

11-09-2008

Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

05-05-2025

İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

28-11-2025

“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər!

02-07-2024

Müsəlman ölkələri rəqəmsal əməkdaşlıq təşkilatı yaradıb

28-11-2020

Azərbaycan startapları “Silikon Vadisi” ekosistemi ilə əlaqələri gücləndirir

25-05-2026

Səudiyyə Ərəbistanı "Halal Çatbot" Təqdim Edib

07-10-2025

Skype-dan istifadə qadağası aradan qaldırılıb

15-09-2017

4-cü Beynəlxalq Səudiyyə Ərəbistanı Media Forumu keçiriləcək

14-01-2025

KOBİA startapların inkişafı üçün yeni proqramlar tətbiq edəcək

01-12-2025

ABŞ Ərəb ölkələrinə yarımkeçiricilərin satışını təsdiqləyib

20-11-2025

SoftBank süni intellektlər üçün fond yaradıb

29-07-2019

Nazir “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi ilə tanış olub

07-04-2026

Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

31-03-2022

Azərbaycan startapı “Silkway Accelerator 2026”da iştirak edəcək

27-05-2026

“Investment Readiness” adlı “bootcamp” keçirilir

14-08-2025

YTP ilə İsrail şirkəti arasında anlaşma memorandumu imzalanıb

19-11-2025

“INNOLAND”də virtual tədbir keçirilib

30-03-2020

4 ölkə ilə gömrük sahəsində elektron məlumat mübadiləsi müzakirə edilib

09-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə