Previous Next
Bağla

Osman Gündüz: Azərbaycan Dəmir Yollarının 47 milyonluq layihəsi uğurlu olacaqmı?

07-10-2024 12:47
Osman Gündüz: Azərbaycan Dəmir Yollarının 47 milyonluq layihəsi uğurlu olacaqmı?
Ötən həftə Azərbaycan Dəmir Yollarında (ADY) rəqəmsal transformasiya məsələləri ilə yaxından tanışlıq məqsədilə görüş təşkil edilib
 
Xeberler.az məlumat verir ki, görüşdə ADY rəsmiləri və ekspertlər iştirak edib.
 
Qeyd edək ki, Azərbaycan Dəmir Yolları infrastrukturun rəqəmsallaşması üçün Asiya İnkişaf Bankından (AİF) 47 milyon dollar kredit alıb.
 
Görüşdə Azərbaycan Dəmir Yollarının Rəqəmsal inkişaf departamentinin rəhbəri Andrey İskriç tansformasiya layihəsinin təqdimatını edib.
 
Layihə İT infrastrukturun və təhlükəsizlik sisteminin qurulmasını, nəqliyyat dəhlizləri üzrə əməliyyatların, bütün daxili proseslərin və idarəetmənin səmərəliliyinin artırılması üçün rəqəmsallaşmanı nəzərdə tutur. Qonşu ölkələrlə inteqarsiyalar, real vaxtda sənəd dövriyyəsinin işlənilməsi, sənədləşmə və maliyyə proseslərinin tam rəqəmsallaşması nəzərdə tutulur.
 
Daha çox yükdaşımanın rəqəmsal transformasiyasına diqqət yetirilsə də, sərnişindaşımanın da rəqəmsallaşması istiqamətində artıq işlərə başlandığı, biletlərin müxtəlif seçimlərlə alışı, geri qaytarılması, hərəkət cədvəlilə tanışlıq və ödənişlərlə bağlı rəqəmsal və mobil həllərin yaradıldığı, yeni və daha rahat, biometrik texnologiyalara əsaslanan ödəniş sistemləri üzərində iş aparıldığı bildirilib.
 
Ölkədaxili dəmir yol infrastrukturu boyunca çəkilən fiberoptik xətlərdən effektiv istifadə ediləcəyi vurğulanıb. Bölgələrdəki dəmir yol stansiyalarının da rəqəmsallaşdırılmasına başlanıb.
 
Görüşdə ADY-də adı çəkilən layihənin icrasında şəffaflıq və maraqlı tərəflərin iştirakı, keyfiyyət və müqavilələrə nəzarət məsələlərinə də toxunulub. Bu məsələlərə xüsusi nəzarət ediləcəyi, şəffaflığın təmin ediləcəyi bildirilib, müqavilələrə nəzarət üçün rəqəmsal sistemlərin yaradılacağı bildirilib.
 
Məsələyə Azərbaycan İnterenet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Osman Gündüzün sözlərinə görə, baxmayaraq ki, mövzu rəqəmsallaşmadır, ADY-nın “zəif bənd”inə, 4 ildən çoxdur dayanan daxili dəmir yol marşrutlarının nə zaman işə düşəcəyi məsələsinə də diqqət yetirilib:
 
"Bir neçə daxili dəmir yol marşrutları üzrə yenidənqurma işlərinə, infrastrukturun bərpasına başlanıldığı və işlərin davam etdirildiyi, daxili resursların cəlb edildiyi qeyd olunub".
 
Ekspert bildirib ki, Bakı – Balakən və digər dəmir yol xəttlərinin bərpası və yaxın zamanlarda istifadəyə verilməsi istiqamətində işlərin davam etdirildiği vurğulanıb:
 
"Rəqəmsal transformasiya və beynəlxalq platformalara inteqrasiya ilə Azərbaycan regionda daha modern və cəlbedici bir nəqliyyat mərkəzinə çevriləcək".
 
Osman Gündüz qeyd edib ki, Azərbaycanda indiyədək böyük maliyyə tutumu olan İT layihələr çox olub. Bu layihələrin bir çoxunun icrasınada şəffaflıq və hesabatlılıq, ictimai və dövlət nəzarəti yetərli olmayıb. Odur ki, onların bir çoxu iflasa uğrayıb və qarşıya qoyulan vəzifələri sadəcə yerinə yetirə bilməyiblər.
 
Ekspertin sözlərinə görə, ADY-da rəqəmsallaşma istiqamətində son iki ildə atılan addımlar, layihə çərçivəsində aparılan işlər, mediaya açıqlamalar, maraqlı tərəflərə müraciətlər, ekpertlərlə görüşlərin təşkili, hesabatlılıq və şəffaflıqla bağlı açıqlamalar hələlik bu layihənin uğurlu olacağını düşünmək üçün əsas verir.
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Rəqəmsal transformasiya layihəsində nəzərdə tutulanlar reallaşsa ADY tam fərqli, modern quruma çevriləcək

02-10-2024

Ayrı-ayrı dəmir yolu marşrutları xarici şirkətlərə icarəyə verilsin - Təklif

04-04-2024

ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

03-06-2025

“ADY hansısa bir istiqamətdən qatarı çıxarıb, digərinə calayır”

07-03-2023

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

03-04-2026

Asiya İnkişaf Bankı dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana kredit ayırıb

01-10-2024

Ekspert Dəmir Yolu nəqliyyatındakı problemlərdən danışdı

27-03-2019

"ADY" süni intellektin tətbiqinə hazırlaşır

03-06-2025

ADY: Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişdirir

05-12-2025

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

20-10-2023

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verəcək

11-07-2023

Ekspert qatarlarda qiymətin bahalaşması ilə bağlı açıqlama verdi

26-07-2018

ADY İT akademiyası yaradacaq

03-02-2025

Nazirlik İnnovativ həftə keçirir, adi internet xidməti isə əlçatan deyil

15-10-2019

Ekspert: ADY Bakı-Balakən-Bakı reysini tam rəqəmsallaşdırıb

06-01-2025

ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

15-05-2026

Sosial mediada ADY adından saxta səhifələr açılır

02-11-2024

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

16-05-2025

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019

ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

24-02-2026

ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb

09-07-2025

Dəmiryolu stansiyalarında pulsuz “Wi Fi” zonaları yaradılacaq

31-05-2024

Ekspert: ADY dəmiryolu ilə sərnişindaşımadakı qiymətləri endirəcək?

05-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə