Mobil cihazların qeydiyyatının aparılması qaydaları təsdiq edilib

03-01-2012 / 14:28
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı”nın 10-cu bəndinin icrasını təmin etmək məqsədilə “Mobil cihazların qeydiyyatının aparılması Qaydası” təsdiq edilib.

Qaydalara əsasən, mobil cihazların qeydiyyat sistemi (MCQS) Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qurulur, nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

Mobil cihazların MCQS-də 3 kateqoriyalar təsnifatı aparılacaq:

- ağ səhifə - Qaydaya uyğun qeydiyyata alınmış (o cümlədən Beynəlxalq GSM Assosiasiyasının təyin etdiyi İMEİ nömrələri dəyişdirilməyən, təkrar İMEİ nömrələri olmayan) mobil cihazların İMEİ nömrələri;

- qara səhifə - Qaydaya uyğun qeydiyyata alınmamış (o cümlədən qeyri-qanuni yolla ölkəyə gətirilən, itirilən, oğurlanan, İMEİ nömrələri Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilməyən, təkrar İMEİ nömrələri olan) mobil cihazların İMEİ nömrələri. Qara səhifədə olan mobil cihazlara mobil operatorların şəbəkələrində xidmət göstərilməsi məhdudlaşdırılır (uyğunlaşdırılmış səhifədə olan İMEİ nömrələri istisna olmaqla);

- boz səhifə - mobil operatorların telekommunikasiya şəbəkəsindən xidmət alan, ağ səhifədə və ya qara səhifədə olmayan mobil cihazların İMEİ nömrələri. Boz səhifədə olan İMEİ nömrələri araşdırma nəticəsinə uyğun olaraq ağ səhifəyə və ya qara səhifəyə daxil edilir. Qeydiyyat mərkəzi boz səhifəyə daxil edilmiş İMEİ nömrələrinin müəyyən edilməsi məqsədi ilə operatorlardan məlumat əldə edir.

Qaydaların tam mətni ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin internet-səhifəsinin “Hüquqi sənədlər” bölməsində tanış olmaq olar.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə