Cənubi Koreya nəhənginin çıxaracağı yeni modelin adı "SamsungGalaxy S Edge" olacaq. İngilis operatoru Vodafone-nun internet saytından yayılan bu məlumat Hollandiya əsaslı Galaxy Club qrupu tərəfindən qaynaq kodlarında tapılıb. Kodlarda "SamsungGalaxy S Edge-nin ön sifarişi" haqqında müxtəlif məlumatlar verilib. Bu, telefonun adının qətiliyi mövzusunda əsaslı bir iz ola bilər.
Ekranın bir hissəsinin əyilmiş olduğu fərqli və maraqlı bir model olan Samsung Galaxy Edge kritiklər tərəfindən müxtəlif yorumlar almışdı. Bu yorumlar arasında telefonun, xüsusilə, əldə tutma mövzusunda ciddi problemləri olduğu da vardı. Samsung Galaxy S Edge-də isə şirkətin əyri ekran yayaraq iki tərəfdə də istifadə olunacağı məlumatları verilib.
Yeni Galaxy S modellərinin hansı prosessorla təqdim olunacağı da hələ qeyri-müəyyənliyini qoruyan bir digər mövzudur. Plastik korpuslu Galaxy S5-dən sonra yeni modellərin metal korpusla gələcəkləri gözlənilir.
Galaxy S6 və Galaxy S Edge haqqında şayiələr davam edir. Belə məlum olur ki, mart ayı ərzində Barcelonada reallaşdırılacaq olan Mobile World Congress-dən əvvəl şirkət tərəfindən hər hansı bir məlumat verilməyəcək. Bu səbəbdən də hələlik ətrafda gəzən şayiələrlə kifayətlənmək məcburiyyətindəyik.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri