Hər kəs bu ilin yay aylarında iPhone 6S gözləyərkən Hollandiyada yaşayan Yasser Farahiyə aid iPhone 7 şəkillərinin internetdə yayılması ortalığı qarışdırıb.
Keçən il tam da bu günlərdə iPhone 6 haqqında da bir çox fotoşəkil, video xəbər haqqında danışılırdı. iPhone 6 çıxdıqdan sonra isə bu xəbərlərin çoxunun bir xəyal olduğunu gördük. Təbii ki, aralarında reallığa çox yaxın olanları da vardı. Ancaq ilk baxışda hansının reallaşma şansının yüksək olduğunu seçə bilirdik. İndi isə yenə eyni vəziyyətdir. Hər kəs sentyabr-oktyabr ayı arasında iPhone 6S-i gözləyərkən, Hollandiyada yaşayan printmaker (qarfik dizayner) Yasser Farahinin şəkilləri bir anda diqqət çəkib və Apple dünyasına bomba kimi düşüb.
“Cultofmac”ın verdiyi məlumata görə, iPhone 7 tamamilə "nə istəyirsənsə" konsepti ilə gələcək bir ağıllı telefon olacaq.
Farahiyə görə, 2016-ci ildə çıxması gözlənilən iPhone 7-nin ən əhəmiyyətli xüsusiyyətlərindən biri daha da incə olmasıdır. "Telefonun səsini alarkən gün düyməsini basıb telefonu bağlamaqdan nifrət edirəm" deyən Farahi çəkdiyi şəkildə səs düymələrini sağ tərəfdə yerləşdirib. iPhone 7 ilə ilk dəfə "stereo sound" xüsusiyyətinin də gələcəyi düşünülüb.
Texniki xüsusiyyətlərinə gəldikdə isə iPhone 7 ölçü baxımından yenə kiçiləcək və yüngülləşəcək. 4.7 düym olacaq iPhone 7 114 qram ağırlığında olacaq. 12 MP optik Zoom kamerayla 4K video çəkə biləcəyiniz iPhone 7-nin 5 MP-lik ön kamerası ilə də HD video çəkə biləcəksiniz. 32,64 və 128GB yaddaş ilə gələcək iPhone 7-də Apple 10 chip və 5GB RAM olacaq.
Əməliyyat sistemi olaraq iOS 9-dan istifadə olunması nəzərdə tutulan iPhone 7-nin xüsusiyyətlərindən birinin də kabelsiz adapter moduluna malik olmasıdır.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri