Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir.
Bu gün Startup Azərbaycan layihəsi çərçivəsində Bakı Dövlət Universitetində görüş keçirilib. Startuplar və İnternet biznes sahəsi ilə maraqlanan tələbələrin qatıldığı Görüşdə Startup Azərbaycan Komandasının üzvləri və RYT nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndələri iştirak ediblər.
“Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi” reytinqinə görə respublikamız dünyada 1-ci yerdə qərarlaşıb
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mardla görüşüb.
Bu ilin ilk rübündə artıq 7 yeni elektron xidmət təsdiq olunub. Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Elektron xidmət növlərinin siyahısı”na təsdiq olunmuş həmin 7 yeni elektron xidmət əlavə edilib.
Üfüqləri genişləndir, münasibətləri dəyiş! Müvəffəqiyyətləri qeyd edək, qızlara ilham verək! Ənənəvi olaraq hər il keçirilən Beynəlxalq "İKT-də Qızlar" Günü 2014-cü ili bu çağırışlarla qeyd edir.
"Microsoft" proqram təminatı üzrə müəllif hüquqlarının pozulması hadisələrinin araşdırılması çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bundan əvvəl apardığı, öncədən qurulmuş pirat proqram təminatı ilə kompüterlərin yoxlanması və sınaq tədarükünün ardı olaraq, Bakının kompüter dükanlarında növbəti reyd keçirib.
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) elan etdiyi I qrant müsabiqəsi çərçivəsində E-qrant sisteminin təqdimatı və layihələrin təqdim olunması qaydaları ilə əlaqədar məlumat sessiyası keçirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Azərbaycan Respublikası prezidentinin dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə 07 mart 2014-cü il tarixli sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib.
Aprelin 26-da Yüksək Texnologiyalar Parkında “Startap Bakı”toplantısı keçiriləcək.
"Alimlərimizin qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması, qorunması və inkişafıdır. Bu istiqamətdə də zəruri tədbirlər görülür".
Ölkə səviyyəsində İKT-yə böyük diqqət, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aparılan islahatlar “Elektron Azərbaycan”ın tərkib hissəsi kimi elektron elmin formalaşması və inkişafına zəmin yaradıb.
Azərbaycan Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Nazir Əli Abbasov mobil operatorların danışıq tariflərini aşağı salması üçün inzibati tədbirlərə əl atacağını bildirib. Təbii, müstəqil tənzimləyici qurum olmadıqda yeganə yol məhz bundan ibarətdir.
Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 18 aprel tarixindən Startup Azərbaycan 2014 Layihəsinə start verilir. Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Məlum olduğu kimi, martın 30-dan aprelin 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı keçirilib. Konfransda İKT sahəsinin inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qurumlari üçün yeni interaktiv ”Elektron Sorğu Sistemi”ni istifadəyə verib.
Bu gün “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin (RİTM İB) təşkilatçılığı ilə Beynəlxalq Rabitə Akademiyası (BRA) ilə birlikdə “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları