Previous Next
Bağla

MİDA: İlk mənzil seçimi 23-cü saniyədə reallaşıb

06-12-2024 16:40
MİDA: İlk mənzil seçimi 23-cü saniyədə reallaşıb

Sumqayıt və Lənkəran yaşayış kompleksləridə yerləşən ümumilikdə 544 mənzilin satış prosesinə dekabrın 6-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə başa çatıb.

Xeberler.az məlumat verir ki, ilk mənzil seçimi 23-cü saniyədə baş tutub.

Bildirilib ki, seçilmiş 544 mənzilin 522-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Qeyd edilib ki, gözləmə qaydasında mənzillərin seçimi isə dekabrın 10-da saat 11:00-da başlayacaq və dekabrın 14-ü saat 11:00-dək davam edəcək:

“Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər.

Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək”.

Qeyd edilib ki, dekabrın 6-da seçilmiş mənzillər barədə statistik məlumatlar ictimaiyyətə təqdim olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

16-12-2023

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022

Güzəştli mənzillərin seçimi başa çatıb

16-10-2019

248 güzəştli mənzilin seçimi uğurla başa çatdı

25-12-2019

Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı alınıb

04-12-2025

MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

12-07-2019

Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

21-01-2019

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019

Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

09-07-2019

Sabah sosial mənzillər satışa çıxarılır - Hansı problemlər var?

24-01-2019

MİDA: Mənzil seçimi zamanı müdaxilələrin qarşısı alınıb

06-12-2024

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

11-06-2019

Bu gün 300-dən çox güzəştli mənzilin satışına başlanır

05-09-2018

1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

24-12-2019

Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

26-12-2018

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019

MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışı barədə elan verib

23-11-2019

Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı fərman verib

15-01-2019

Ekspert: İlk və sonuncu mənzilin satışı hansı müddətdə baş tutub?

28-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə