Previous Next
Bağla

Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

05-12-2024 18:00
Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

IV Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən IV Azərbaycan Astronomiya Olimpiadasının respublika turunda astronomiya üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə 1190 şagird qeydiyyatdan keçib. Daha sonra Bakı Dövlət Universitetində və Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzində baş tutan final mərhələsinin nəticələri əsasında Təşkilat Komitəsinin qərarına əsasən, 6 nəfər birinci yerə, 10 nəfər ikinci yerə, 9 nəfər isə üçüncü yerə layiq görülüb.

IV Azərbaycan Astronomiya Olimpiadasının qalibləri, həmçinin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunublar. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunub. IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilib. Keçirilən imtahan nəticəsində seçilən 5 nəfərdən ibarət komanda ölkəmizi Braziliyada baş tutan XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında təmsil edib və komanda üzvlərindən 4 nəfər şagird fəxri adla təltif olunub.

Beynəlxalq arenada mükafatlarla nəticələnən IV Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Təhsil İnstitunun dəstəyi ilə baş tutub.

Qeyd edək ki, 2016-cı ildən etibarən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm Planetariumun birgə təşəbbüsü ilə məktəblilər üçün astronomiya yönümlü proqramların təşkil edilməsinə start verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

11-03-2025
V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

02-04-2025
Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

16-05-2023
Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

16-04-2025
Beşinci Azərbaycan Astronomiya Olimpiadasının seçim turu keçirilib

Beşinci Azərbaycan Astronomiya Olimpiadasının seçim turu keçirilib

04-02-2025
VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

22-04-2026
BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

31-10-2019
Azərbaycan məktəbliləri Beynəlxalq Olimpiadada uğur qazanıblar

Azərbaycan məktəbliləri Beynəlxalq Olimpiadada uğur qazanıblar

22-08-2025
Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

03-04-2026
Gələcəyin mühəndisi layihəsinin mükafatlandırma mərasimi keçirilib

Gələcəyin mühəndisi layihəsinin mükafatlandırma mərasimi keçirilib

15-04-2019
Yay məktəbinin tələbələri Azərkosmos-da olub

Yay məktəbinin tələbələri Azərkosmos-da olub

04-06-2015
Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün düşərgə keçirilib

Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün düşərgə keçirilib

29-07-2022
Beynəlxalq Astronomiya İttifaqı qlobal layihəyə start verib

Beynəlxalq Astronomiya İttifaqı qlobal layihəyə start verib

28-08-2019
“Azərbaycan Astronomiya Jurnalı” Scopus bazasına daxil edilib

“Azərbaycan Astronomiya Jurnalı” Scopus bazasına daxil edilib

29-12-2025
Növbəti Kosmos Yay festifalı keçirilib

Növbəti Kosmos Yay festifalı keçirilib

27-08-2019
Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024
“Tanrının gözü” kəşf olunub?

“Tanrının gözü” kəşf olunub?

27-02-2009
Kosmosla bağlı müsabiqənin nəticəsi açıqlanıb

Kosmosla bağlı müsabiqənin nəticəsi açıqlanıb

16-04-2018
Qubada astronomiya haqqında sərgi və kosmik müşahidə sessiyası təşkil olunub

Qubada astronomiya haqqında sərgi və kosmik müşahidə sessiyası təşkil olunub

28-07-2025
“Canlı kainat - planetlərdən qalaktikalara” mövzusunda beynəlxalq konfrans başa çatıb

“Canlı kainat - planetlərdən qalaktikalara” mövzusunda beynəlxalq konfrans başa çatıb

26-09-2024
Respublika fənn olimpiadasının nəticələri açıqlandı

Respublika fənn olimpiadasının nəticələri açıqlandı

11-05-2018
Robot texnikası üzrə festivalın final mərhələsi keçiriləcək

Robot texnikası üzrə festivalın final mərhələsi keçiriləcək

28-09-2017
İnformatika fənni üzrə Beynəlxalq Olimpiadada komandamız ikinci olub

İnformatika fənni üzrə Beynəlxalq Olimpiadada komandamız ikinci olub

24-12-2018
Naxçıvanlı şagirdlər VII Robot Olimpiadasında qalib olublar

Naxçıvanlı şagirdlər VII Robot Olimpiadasında qalib olublar

22-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə