Mobile-Photoshop yeni versiyasını təqdim etdi

01-10-2008

“Adobe”-nin mobil telefonlar üçün yaratdığı Photoshop növbəti inkişaf mərhələsinə çatdı.Belə ki, bundan sonra şəkil çəkə bilən və Windows Mobile yüklənmiş hər bir telefon vasitəsilə şəkilləri internetə yükləmək mümkün olacaq.

Yahoo 9 hazırdır

30-09-2008

“Yahoo Messenger 9” istifadəyə verildi.Yeni versiya əvvəlkindən bir sıra üstünlükləri ilə fərqlənir.


Adobe, Amazone-də olan pulsuz videoya yol açıb

30-09-2008

Onlayn video yayımına cavabdeh olan Adobe Flash Media Streaming Server xidmətinin zəifliyi istifadəçilərə Video On Demand xidmətindən pulsuz video yükləmək imkanı verir. Istifadəçilər ştat rejimində yaxın sutkalara dörd dollar ödəyərək film və ya verilişin ilk iki dəqiqəsinə pulsuz baxa bilər.

Apple korlar üçün iTunes-ə çıxış təmin etdi

29-09-2008

Associated Press-in məlumatına görə, Massaçuets ştatının baş prokuroru Mart Koukli və Apple şirkəti iTunes onlayn xidmətindən korların istifadə etməsi üçün xüsusi proqram təminatı hazırlamaq haqda razılığa gəliblər. Görmə qabiliyyəti pozulmuş yeniyetmələr onlayn musiqi xidmətindən istifadə edərkən köməksiz ötüşə bilmirlər.


Analitiklər mobil internet-qurğulara tələbatın artacağını proqnozlaşdırırlar

26-09-2008

ABI Research şirkətinin analitikləri, ümumdünya şəbəkəsi üçün işləyən mobil internet-qurğularının (MID) – kompüterlər satışının artımını proqnozlaşdırır. Onların söylədiklərinə görə, hazırda ultramobil kompüterlər (UMD) sahəsində 90% satışı netbuklar təşkil edir.

Firefox brauzerinin yeni versiyasında səhvlər aşkar olunub

26-09-2008

Son Firefox 3.0.2 versiyasında UTF-8-dən fərqli olaraq istifadəçilərin kodlaşdırılmış parollara çıxışını bağlayan səhv tapılıb. 3.0.2 versiyasını yükləyənlər yaddaşda saxlanmış parollarla işləyə bilmir və yeni parolları brauzerdə yaddaşa verə bilmirlər.


“Google”nin 10 yaşı tamam olur

25-09-2008

“Google” axtarış sistemi 10 yaşının tamam olması münasibətilə 10100 layihəsini həyata keçirir. Lent.az-ın “Computerworld”a istinadən verdiyi məlumata görə, bu rəqəm “quqol” adlanır. “Google” sistemi də həmin rəqəmin şərəfinə adlandırılıb.

MySpace musiqi xidməti açdı

25-09-2008

PC Magazinin məlumatına görə, bu gün MySpace sosial şəbəkəsi onlayn musiqi xidməti açıb. Kontent xidmət üçün EMI Music, Sony BMG, Universal Music Group, Sony/ATV Music Publishing səsyazma studiyalarını təqdim edir.


Mozilla Firefox-u yeniləyib

25-09-2008

Mozilla Firefox 2 və 3 brauzerləri üçün yenilənmələr edib. Firefox 2 üçün 14, Firefox 3 üçün 11 düzəliş edilib. Yenilənmədən sonra istifadəçilərin kompüterində Firefox 3-ün yeni versiyası - 3.0.2, 2-ci üçün isə Firefox 2.0.0.17 versiyası təqdim ediləcək.

T-Mobile 4 G testini həyata keçirdi

23-09-2008

ABŞ-da fəaliyyət göstərən T-Mobile şirkəti 4G sınağını apardı və böyük nailiyyətlər əldə etdi.Almaniyada həyata keçirilən sınaqda Reyn çayının iki müxtəlif tərəfində yerləşən Deutsche Telekom vəT-Mobile şrkətinin binaları arasında hərəkət edən obyektin fayl transferi yoxlanılıb.


Yahoo! əsas səhifəsinin dizaynını dəyişdirir

23-09-2008

Yahoo internet-portalının əsas səhifəsi olan Yahoo.com saytının yeni variantı test fəaliyyətinə başlayır. Bir qədər yenilənmiş dizayndan əlavə, yeni versiya? istifadəçilərə onun görünüşünü müəyyən etmək, eləcə də bu və ya digər məlumatların göstərilib-göstərilməməsinə dair qərar qəbul etmək imkanı yaradır.

Maxthon 2.1.4 brauzeri

23-09-2008

Pulsuz alternativ Maxthon 2.1.4 brauzeri yenilənib. Maxthon 2.1.4 şəbəkədə olarkən tələb olunan bütün vacib funksiyaları yerinə yetirir. O, “pop-up”-reklamını bağlamaq, Flash formatında faylları saxlamaq, səhifəyə çıxış kodunu göstərmək funksiyalarına malikdir.


YouTube türklərin xahişini nəzərə almır

22-09-2008

Bir neçə gün öncə YouTube ingilislərin müraciətinə əsasən bəzi zorakılığı təbliğ edən bəzi videoların istifadəsini qadağan etmişdi.

Comcast provayderi şəbəkə ilə bağlı yeni planlarını bölüşdü

22-09-2008

Amerika provayderi Comcast, ABŞ Federal komissiyasının (FCC) tələbinə cavab olaraq, yüksəksürətli şəbəkələrinin idarə olunması ilə bağlı planlarını bölüşdü. Xatırladaq ki, FCC Comcast-ı BitTorrent trafikinin bağlanması yolu ilə internet istifadəçilərinə təqdim olunmuş xidmətləri pozmaqda günahlandırırdı. FCC qeyd edir ki, provayder istifadəçiləri xəbərdar etmədən onların internetə daxil olmasını çətinləşdirib.


GƏLƏCƏYİMİZİN ÖZÜLÜNÜ QAZIYANLAR (3-cü Məqalə)

22-09-2008

Mövzuya davam edib bildirək ki, 2007-2008-ci tədris ilinin əvvəlində ümumtəhsil məktəblərində müəllimlərin sayı 173 708 nəfər olub. Proqramın icra olunduğu 3 il ərzində nazirlik müəllim heyətindən yalnız 12232 nəfərinə informasiya və kommunkisiya hazırlıq kursları keçib.

Prezident seçkilərini internet vasitəsilə bütün dünya izləyə biləcək

22-09-2008

Prezident seçkiləri günü seçkiləri müşahidə etmək üçün məntəqələrdə kameralar quraşdırılacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.


Google ilə Yahoo nə olursa olsun birləşəcək

20-09-2008

Rəqabətə zərərli olduğu əsasilə ara verilən Google-Yahoo internet reklam ortaqlığı reallaşacaq kimi görünür.

Google tələsir

19-09-2008

Googlun icarçı direktoru Erik Şmit bəyan edib ki, onun təmsil etdiyi şirkət istənilən halda Yahoo ilə reklam əməkdaşlığını təxirə salmayacaq.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə