Previous Next
Bağla

Qanunsuz platformların fəaliyyəti televiziyalara ciddi ziyan vurur

22-12-2023 12:54
Qanunsuz platformların fəaliyyəti televiziyalara ciddi ziyan vurur

Ölkədə televiziya tamaşaçıları arasında keçirilən son araşdırmalara əsasən, əhalinin 76 faizi peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15 faizi kabel televiziyalarının, 4 faizi isə İPTV abunəçisidir, 3 faizi də yerüstü rəqəmsal yayımlara tamaşa edir.

Xeberler.az  xəbər verir ki, bunu Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyi bildirir.

Qeyd edilib ki, digər tərəfdən qanunsuz fəaliyyət göstərən OTT* platformları üzərindən televiziyaya baxanların sayı 18 faizə çatıb, bölgələrdə sürətli internet yayıldıqca bu rəqəm daha da artacaq. Hazırda ölkə boyu qanunsuz televiziya yayımlarının fəal istifadəçilərinin sayı 300 mindən artıqdır. Qanunsuz yayımlanan internet saytlarının, OTT platformlarının (o cümlədən müxtəlif cihazlara yüklənmiş olanlar) istifadəçilərinin çoxalması orada müxtəlif reklamların yerləşdirilməsi, əslində qanunsuz reklam bazarının təşəkkülü deməkdir.

Rəsmi yayımlanan telekanallardakı reklam məzmunlarından fərqli olaraq yeni platformlar yayımlarına tamaşa edənlərə dair statistik rəqəmlər açıqlayır, habelə məşhur xarici kanallarda reklam yerləşdirmək üçün əlverişli şərtlər təqdim edirlər. Əvvəllər qanunsuz yayımlanan saytlarda bukmeyker tətbiqlərinin reklamı gedirdisə, bu gün qanunsuz OTT platformları tərəfindən teleyayım əsnasında əmtəə və xidmət reklamı formatı təklif edilir.

Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin proqnozlarına görə, təcili tədbirlər görülməsə, rəsmi yayımlanan telekanallardakı reklam bazarının həcmi 2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək, yəni 28,6 faiz geriləyəcəkdir.

Qeyd edilib ki, yaranmış vəziyyətin iqtisadi, habelə siyasi təhlükə mənbəyinə çevrilməsi göz qabaqındadır.

Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyi hesab edir ki, qanunsuz platformların fəaliyyəti ölkəmizin nəinki televiziyasına, bütövlükdə media sektorunun inkişafına dağıdıcı ziyan vura bilər!

Ölkədə qanunsuz fəaliyyət göstərən yerli onlayn platformlar yarana bilər

 Azərbaycanda qanunsuz məzmun yerləşdirilən piratçı saytlar, o cümlədən telekanallar yayımlanan qanunsuz platformlar fəaliyyət göstərir.  Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin məlumatına görə, 2022-ci ilə dair statistik rəqəmlər xoşagəlməz mənzərə yaradır. Belə ki, qanunsuz fəaliyyət göstərən sayt və platformların (o cümlədən xarici telekanalları qanunsuz yayımalayan proqramlar yüklənmiş və abunə ilə istifadə olunan qurğuların) istifadəçilərinin sayı 300 min ev təsərrüfatından artıqdır. Həmçinin qanunsuz fəaliyyət göstərən oyun platformlarının qeydə alınmış istifadəçilərinin sayında da artım vardır.

Bu kimi qanunsuz fəaliyyətlərin geniş intişar tapması ciddi problemlərə gətirib çıxara bilər.

Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin ekspertləri aşağıdakı tədbirlər görməyi zəruri hesab edirlər:

1.Əqli mülkiyyət hüququnun qorunmasında dövlət qurumları daha yaxından iştirak etməlidir.

2.Onlayn pozuntular üçün cinayət məsuliyyəti sərtləşdirilməlidir.

3.Əqli mülkiyyət hüququnun təminatına dair monitorinq qrupu yaradılmalıdır.

4.Müəllif və əlaqəli hüquqlarını pozanların siyahısı tərtib edilməlidir.

5.Sözügedən sahədə törədilən cinayətlərə qarşı mübarizə üçün ixtisaslı ekspertlər qrupu yaradılmalıdır.

*OTT – Over the Top: internet üzərindən video xidmətlər göstərilməsi şəkli, provayderdən istifadəçinin qurğusuna şəbəkə vasitəsilə siqnalın ötürülməsini ehtiva edir.

Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyi 2022-ci ildə yaradılaraq Azərbaycanda televiziya yayımı sektorunun səmərəli inkişafına dəstək verməyi qarşıya məqsəd qoyur. Ölkənin əsas televiziya və radio yayımçıları, kabel televiziyası və multiservis rabitə şəbəkələri operatorları, media agentlikləri, media məzmunları yaradıcılığı və yayımı bazarının iştirakçılarının peşəkar bilriliyi olan təşkilat 2022-ci ildə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən media sektorunun iştirakçılarına əlaqəli müəllif hüquqları verilməsinə dair müvafiq akreditasiya əldə etmişdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
2023-cü il üçün media bazarının həcmi və reklama investisiyalar

2023-cü il üçün media bazarının həcmi və reklama investisiyalar

26-12-2023
İnternet üzərindən yayımlanan xarici  TV xidmətlər qapadılacaqmı ?

İnternet üzərindən yayımlanan xarici TV xidmətlər qapadılacaqmı ?

27-12-2023
Walt Disney piratlara qarşı mübarizə aparacaq

Walt Disney piratlara qarşı mübarizə aparacaq

16-09-2008
MTRŞ qanunsuz kabel şəbəkəsi yayımı ilə bağlı polisə müraciət edib

MTRŞ qanunsuz kabel şəbəkəsi yayımı ilə bağlı polisə müraciət edib

17-04-2015
MTRŞ kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüşüb

MTRŞ kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüşüb

23-07-2015
Azərbaycan Respublikası Audiovizual Şurasında görüş keçirilib

Azərbaycan Respublikası Audiovizual Şurasında görüş keçirilib

21-02-2023
Azərbaycanda son 7 ildə reklam bazarının həcmi dəyişməyib

Azərbaycanda son 7 ildə reklam bazarının həcmi dəyişməyib

04-11-2022
Audiovizual Şuranın növbəti iclası keçirilib

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024
Audiovizual Şurada TV yayımçılarının proqram rəhbərləri ilə görüş keçirilib

Audiovizual Şurada TV yayımçılarının proqram rəhbərləri ilə görüş keçirilib

23-02-2022
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025
Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək

Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək

07-03-2023
Qanunsuz reklam yayımına dair müraciətlərin sayı 35 faiz artıb

Qanunsuz reklam yayımına dair müraciətlərin sayı 35 faiz artıb

10-04-2025
Audiovizual Şuranın sədri yayımçılara xəbərdarlıq edib

Audiovizual Şuranın sədri yayımçılara xəbərdarlıq edib

26-12-2022
Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

24-02-2026
Qanunsuz reklamların yayımı ilə əlaqədar təmin olunan müraciətlərin sayı 2 dəfəyədək artıb

Qanunsuz reklamların yayımı ilə əlaqədar təmin olunan müraciətlərin sayı 2 dəfəyədək artıb

08-10-2024
Bu kanallarda Dünya Çempionatının yayımı  niyə dayandırılıb?

Bu kanallarda Dünya Çempionatının yayımı niyə dayandırılıb?

22-11-2022
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024
Audiovizual Şura: Reklamlarda Hitlerin obrazından istifadə edilməsi qəbulolunmazdır

Audiovizual Şura: Reklamlarda Hitlerin obrazından istifadə edilməsi qəbulolunmazdır

11-03-2022
Azərbaycanda yeni radio açılır

Azərbaycanda yeni radio açılır

24-01-2024
Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022
 Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq

Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq

07-10-2016
DİN qumar oyunlarında iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib

DİN qumar oyunlarında iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib

21-11-2025
Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

21-05-2025
Bitcoin əməliyyatların 44 faizi qanunsuzdur

Bitcoin əməliyyatların 44 faizi qanunsuzdur

09-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə