Google partlayışa dəstək verdi

11-09-2008

Xüsusi günlərdə logotipini dəyişdirən Google bu dəfə də “CERN”-nin qiyamət təcrübəsi üçün bu addımı atdı.

«İnternetə həddindən artıq həvəs özünəqəsd riskini artıra bilər»

11-09-2008

Britaniyanın Kral kollecindəki həkimlərin illik yığıncağında bu fikrə gəliblər. Mütəxəssislər belə hesab edirlər ki, internetdə müxtəlif saytlarda çox vaxt keçirən uşaqlar ətraf aləmə münasibətdə “potensial təhlükə” ola bilərlər. Psixiatrların sözlərinə görə, veb resurslara fanatik həvəs insanı real həyatdan tamamilə təhrif edə bilər.


Auksionda qalib gəlib məşhur olmaq olar

11-09-2008

İnternet vasitəsilə xərçəngə qarşı kompaniyaya yardım məqsədilə aparılan auksion həm də qalibi məşhur edəcək. İron Man fanatısınızsa, xərçəngə qarşı mübarizə aparmaq istəyirsinizsə və üstəlik çox pulunuz varsa “İron Man 2”nin bir epizodunda iştirak etmək hüququ qazana bilərsiniz.

Google 10 yaşında

11-09-2008

Kaliforniyada bir qarajda legodan kassasında işləyən bir təqdimatçıdan başlayan Google macərası iki gün qabaq 10 yaşına girdi...


Apple yeni “iPod”u t’qdim etdi

11-09-2008

Apple şirkəti “iTunes”in yeni versiyasını, eləcə də iPod Classic, Nano və Touch pleyerlərinin yeni modellərini təqdim etdi.Onlar maraqlı olublar, lakin böyük dəyişikliklər edilməyib.

Opera “Symbian”a daxil edildi

11-09-2008

Açıq mənbəli yazışmaları və əməliyyatları mobil cihazlarda tətbiq edə bilmək üçün Opera “Symbian”a qatıldı.Lakin siyahı bununla bitmir.


MySpace istifadəçiləri üçün yeniliklər

10-09-2008

MySpace-in icraçı direktoru Kris de Volf San Fransiskodakı TechCrunch50 konfransında verdiyi müsahibədə yaxın gələcəkdəki planlarını açıqladı. Onun sözlərinə görə, MySpace, Google Gears platformasının tətbiq edilməsi sahəsini genişləndirmək fikrindədir. Texnologiya veb-materiallarla internetə çıxış olmadan da işləmə imkanı verir. Material yerli kompüterə yükləndikdən sonra istifadəçi offline rejimdə redaktəni edib, məlumatları yeniləyə bilər.

Almaniya hökuməti “Google”nin yeni brauzerindən ehtiyyat edir

10-09-2008

Almaniyanın informasiya təhlükəsizliyi bürosu (Federal Office for Information Security) istifadəçilərin “Google Chrome” brauzerinin yeni beta verisyasına ehtiyyatla yanaşmalı olduğunu bəyan edib.


Google axtarış sorğularının saxlanma müddətini azaldır

10-09-2008

Google rəsmisi Piter Fleyşerin sözlərinə görə konfidensiallığın qorunması məqsədilə şirkət bu tip informasiyaların saxlanma müddətini 18 aydan 9 aya endirir.

Google şirkəti Afrikaya internetə ucuz qoşulmağa kömək edəcək

10-09-2008

Röyters xəbər verir ki, Google şirkəti, HSBC Holdings bankı və Liberty Global provayderi, O3b Networks layihəsini dəstəkləyəcək. Layihənin məqsədi inkişaf etməkdə olan ölkələrin sakinlərinə internetə ucuz qoşulmağa kömək etməkdir. O3b Networks-un təmsilçiləri 2010-cu ilin sonuna orbitə 16 peyk buraxmaq nəzərdə tutublar.


Google onlayn qəzet arxivi hazırlayır

09-09-2008

Computerworld-un məlumatına görə, Google korporasiyası milyonlarla şifrələnmiş qəzet məqalələrinin yerləşəcəyi onlayn xəbər arxivinin açılışı haqda elan verdi. Şirkət Pittsburgh Post-Gazette və Quebec Chronicle Telegraph kimi nəşriyyatlarla əməkdaşlıq edəcəyini söylədi. Google-un xəbər arxivi istifadəçilərə köhnə qəzet məqalələrinə onların ilkin görünüşünə bütün şəkilləri və reklam elanları ilə birlikdə baxmaq imkanı yaradacaq.

Stradivarinin violonçeli internet-auksionda satılacaq

08-09-2008

Uzun müddət Böyük Britaniyanın ən yaxşı ifaçılarından biri Amarillis Fleminqə məxsus olan Stradivari violonçeli oktyabrda auksionda satılacaq. Belə bahalı və nadir alətin internetdə satılması ilk dəfə baş verir.


Picasa insanın üzünü tanıya bilir…

06-09-2008

Google-un Picasanı inkişaf etdirmək səyləri nəticəsində sayta şəkillərdəki üzləri təyin etmə xüsusiyyəti əlavə olundu.

Veb-brauzerlər bazarında nəzərə çarpan dəyişikliklər baş verib

04-09-2008

Net Applications şirkətinin araşdırmalarına əsasən, veb-brauzerlər bazarında dəyişikliklər baş verib. Microsoftun son üç ay ərzində baş verən dəyişiklilərindən ən nəzərə çarpanı avqust ayında Internet Explorer-in payının 1 % azalmasıdır. Firefox, Safari və Opera rəqib brauzerləri isə əksinə, bazarda öz paylarını artırıblar.


Google şirkəti Explorer-in qatilini yaratdı

03-09-2008

Google şirkəti öz servislərinin xidməti altında yaratdığı Chrome brauzerinin beta-versiyasını buraxdı. Axtarış xidməti ilə bərabər Mozilla Firefox-un da işini maliyyələşdirən Google İnternet Exploreri sıxışdırmaqda davam edir. Bununla da, Google internet şirkəti Microsoft-la mübarizədə ikinci front açdı.

Spamlar elektron poçtun ilk hərfindən asılıdır

03-09-2008

NTV-nin məlumatına görə, Kembric universitetinin alimləri müəyyənləşdiriblər ki, arzuolunmaz məktubların gəlməsi elektron poçtun birinci hərfindən asılıdır. Spamların 40 faizi A, M, S, P hərfləri ilə başlayan e-mail-lərə göndərilir.


Yahoo! özünün Mash sosial şəbəkəsinin fəaliyyətini dayandırır

02-09-2008

Yahoo! İnternet şirkəti özünün Mash sosial şəbəkəsinin fəaliyyətini dayandıracaq. Bu barədə şirkət tərəfindən bütün istifadəçilərə rəsmi bildiriş göndərilib. Yahoo!-nun məktubunda qeyd olunur ki, Mash sosial şəbəkəsi cari ilin 29 sentyabr tarixində bağlanacaq.

Microsoft Windows Mobile proqramları üçün mağaza açacaq

02-09-2008

Microsoft Skymarket adlı internet-mağaza açmaq niyyətindədir. TechRadar-ın yazdığına görə, burada Windows Mobile sisteminin istifadəçiləri üçün yükləmələr satılacaq. Microsoft Skymarket məhsullarını idarə etmək üçün menecer axtarır. Skymarket Windows Mobile 7 əməliyyat sistemi ilə birlikdə yüklənəcək. Istifadəçilər mağaza ilə 2008-ci ilin payızında tanış olacaqlar.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə