Previous Next
Bağla

Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərlə görüş keçirilib

15-12-2023 07:40
Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərlə görüş keçirilib

Bu ilin yanvar ayından bu günə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən 65 şirkətə texnologiyalar parkının (texnoparkdan kənar) rezidenti olaraq fəaliyyət göstərmələri üçün texnoparkın qeydiyyat şəhadətnaməsi verib.

Xeberler.az  bu barədə nazirliyə istinadən xəbər verir.

 

Məlumata görə, bu barədə Agentliyin rezidentlərlə keçirdiyi görüşdə bildirilib. “Deloitte” şirkəti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə həyata keçirilən görüşdə texnoparkdan kənar fəaliyyət üçün rezidentlik almış şirkətlərin nümayəndələri iştirak edib. Rezidentlərin təklif və rəyləri dinlənilib, rezidentlik çərçivəsində əldə olunan güzəşt və imtiyazların tətbiqi ilə bağlı yaranan suallara ekspertlər tərəfindən aydınlıq gətirilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Fərid Hüseynov görüş ərzində texnoparkdan kənar rezidentliklə bağlı bildirib: “Bu günə qədər 200-ə yaxın şirkət texnoparkdan kənar rezidentlik üçün müraciət edib. Onlar arasından proqram təminatı və sistem inteqrasiyası sahəsində fəaliyyət göstərən 65 şirkətə rezidentlik verilib. Hazırda müraciət edən digər şirkətlər sənədlərin toplanması və təqdim edilməsi mərhələsindədir. İlin sonuna qədər daha 10-14 şirkətə rezidentlik verilməsi nəzərdə tutulub. Missiyamız və məqsədimiz yalnız rezidentlikərin verilməsi deyil, eyni zamanda bundan sonrakı proseslərdə də şirkətlər üçün yaradılan əlverişli mühitin davamlılığını təmin etmək, yarananan bütün qaranlıq məqam və çətinliklərlə bağlı şirkətlərə operativ şəkildə dəstək göstərməkdir. Növbəti ildə də bu formatda görüşlərin hər rüb keçirilməsi planlaşdırılır”.

Bununla yanaşı, görüşdə çıxış edən Agentliyin sədrinin müavini Rəşad Xalıqov rezidentlik çərçivəsində əldə olunan güzəşt və imtiyazların sənayenin inkişafına verdiyi töhfəni xüsusi qeyd edib: “Texnoparkdan kənar rezidentlik proqram təminatı və sistem inteqrasiyası sahəsində fəliyyət göstərən şirkətlər üçün strateji addımdır və onların inkişafına əhəmiyyətli töhfə verir. Vergidən azadolmalar, bir sıra güzəşt və imtiyazlar innovasiyaların və texnologiyanın inkişaf edə biləcəyi mühit yaradır. İnanırıq ki, bu proses ayrı-ayrı şirkətlərin böyüməsi ilə yanaşı, həm də bütövlükdə ölkəmizin İKT sənayesinin inkişafına təkan verəcək”.

Normativ aktlara edilmiş bir sıra əlavə və dəyişikliklərə əsasən sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə:

- bir sıra vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar.

- gəlir vergisində bir sıra güzəştlərdən yararlanacaqlar: 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 01.01.2026-cı ildən 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək.

- 2023-cü ilin yanvarın 1-dən 10 il müdətində seçimlərindən (rezident və əməkdaşları) asılı olaraq məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödəniləcək.

- texnoparkdan kənar fəaliyyət göstərmək üçün cəlb olunan əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmayacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

01-03-2023
Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik verilən şirkətlərin sayı açıqlanıb

Texnoparkdan kənar fəaliyyət üçün rezidentlik verilən şirkətlərin sayı açıqlanıb

25-05-2023
Texnologiyalar parkına rezidentlik nə qazandırır?

Texnologiyalar parkına rezidentlik nə qazandırır?

10-02-2023
 İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

24-01-2023
Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

19-12-2022
Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

02-10-2024
"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

18-09-2025
Azərbaycanda yüksəksürətli interneti olan təsərrüfatların sayı 3 milyona çatıb

Azərbaycanda yüksəksürətli interneti olan təsərrüfatların sayı 3 milyona çatıb

20-08-2025
Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?

Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?

18-05-2023
Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

22-02-2021
İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq

İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq

17-06-2026
"GoldenPay" şirkəti " Yüksək Texnologiyalar Parkının rezidenti oldu

"GoldenPay" şirkəti " Yüksək Texnologiyalar Parkının rezidenti oldu

15-07-2023
Deputat: Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq

Deputat: Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq

23-12-2022
Pirallahı Yüksək Texnologiyalar Parkının rezidentləri seçilib

Pirallahı Yüksək Texnologiyalar Parkının rezidentləri seçilib

13-07-2020
E-estonia.com portalı Azərbaycanda m-rezidentlik barədə məqalə yerləşdirib

E-estonia.com portalı Azərbaycanda m-rezidentlik barədə məqalə yerləşdirib

29-07-2020
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnoparkı rezident qəbuluna başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin texnoparkı rezident qəbuluna başlayıb

24-01-2023
İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

23-08-2023
“GoldenPay” ASC-nin layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib

“GoldenPay” ASC-nin layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib

03-03-2021
Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

17-06-2026
Azərbaycanın mobil rezidentliyinin əhatə dairəsi genişlənir

Azərbaycanın mobil rezidentliyinin əhatə dairəsi genişlənir

07-02-2020
Texnologiyalar parkında çalışan əcnəbilər sosial sığorta haqqı ödəməyəcək

Texnologiyalar parkında çalışan əcnəbilər sosial sığorta haqqı ödəməyəcək

27-12-2022
“Startaplar Dövlət Vergi Xidmətindən qaçır”-Səbəb

“Startaplar Dövlət Vergi Xidmətindən qaçır”-Səbəb

17-10-2023
Azərbaycan dünyada mobil rezidentlik verən ilk ölkə oldu

Azərbaycan dünyada mobil rezidentlik verən ilk ölkə oldu

04-07-2019
Aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilib

Aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilib

09-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə