Google şirkəti istifadəçilərə axtarışın nəticələrində səhifələrin yerini dəyişməyə imkan verən servis təqdim edib. SearchWiki adlanan həmin xidmətdən bütün Gmail istifadəçiləri yararlana bilər.
Adobe şirkəti nəhayət ki, 64-bitlik Linux istifadəçilərinə də diqqət ayırdı. Bu günlərdə Linux sistemləri üçün “64-bit Adobe Flash Player 10” -un alfa versiyası hazırlandı.
Samsung şirkəti ən iri həcmli SSD-toplayıcısının istehsalına başlayıb. Yeni qurğunun həcmi əvvəlki modellərlə müqayisədə iki dəfə artırılıb və 256 qiqabayt təşkil edib.
sWaP - HiTech saatdır. O, eyni zamanda Bluetooth-u olan mobil telefondur. Qurğunu telefon da yox, komunikator kimi adlandırmaq daha məqsədəuyğun olar.
İntel şirkəti özünün yeni Core i7 prosessorlarını təqdim etdi. İntel Nehalem texnologiyası Core 2-dən fərqli olaraq videoların redaktəsi, şəkillərlər, professional paketlərdə vizuallaşdırma, müasir oyunlarla iş zamanı 40% daha sürətli çalışacaq.
Sony Ericsson cib telefonları üçün çıxarılmış ilk 12,25 Megapiksellik CMOS qəbul edicini təqdim etdi.
DeepDyve adlı yeni axtarış sistemi, sizi Google-nin əsla apara bilmədiyi yerlərə aparmağı vəd edər! DeepDyve sizə, internetin indiyə qədər görmədiyiniz istiqamətini göstərməyə qərarlıdır.
Analitiklər kompüter mausunun tədricən yox olmasını qabaqcadan bildirirlər. Onların fikrincə, bu gün daha çox istifadəçi ekranda kursorun hərəkəti üçün maus əvəzinə sensor ekranlar, taçpadlar və multisensor trekpadlar vasitəsi ilə texnikanın idarə olunmasına üstünlük verir.
Yahoo! internet şirkətini axtarış sistemi bölməsi üzrə vitse-prezidenti və bu sistemin əsas tərtibatçılarından biri Şon Saçter tərk edəcək. Yahoo!-nu tərk edəcəyi barədə fikri haqqında Ş.Saçter, şirkətin baş direktoru Cerri Yanqın öz vəzifəsini tərk etməsinə dair xəbərdən bir gün sonra bəyan etmişdir.
Bu gün Tailandın paytaxtı Banqkoq şəhərində BMT-nin Asiya və Sakit okean üzrə iqtisadi və sosial komissiyasının (UNESCAP) İnformasiya və Kommunikasiya Texnologiyaları Komitəsinin 1-ci iclası başlayır. İki gün davam edəcək iclasda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi də iştirak edir.
Toplantıda milli internet ünvanların (az domeninin ) qeydiyyatının tənzimlənməsi, Azərbaycan İnternetinin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi sahəsində mövcud vəziyyət, Milli internet resursların Müsabiqəsi haqqında məsələlər müzakirə edilib.
Dell şirkəti Intel tərəfindən 80-nüvəli prosessorun işlənib hazırlanma prosesinin davam olunmasını qismən təsdiq edib. Dell-in rəhbəri superkompüterlərə həsr olunmuş SC08 konfransında çıxış edərkən iştirakçıların diqqətinə slayd təqdim edib ki, burada oxşar çip haqqında məlumat qeyd olunur.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov AzərTAc-a bildirib ki, nazirlik ölkədə stasionar telefonların çəkilişi üçün tələb olunan ilkin məbləğin kreditlə ödənilməsi barədə təkliflər hazırlayır.
Amerikanın NASA aerokosmik agentliyi uzaq kosmos üçün nəzərdə tutulmuş məlumat ötürülmə şəbəkəsinin ilk sınaq işlərini uğurla həyata keçirib. Belə ki, bir neçə fotoşəkil “planetlərarası internet” vasitəsi ilə Yer Kürəsindən 32 milyon kilometrlik məsafədə yerləşən kosmik zonda ötürülüb və geri qaytarılıb.
Nvidia şirkəti Nvidia Tesla hesablama sistemləri bazasında yığılmış personal superkompüter təqdim edib. Xarici görünüşdən adi sistem blokdan fərqlənməyən yeni kompüterin məhsuldarlığı dörd teraflopsdan (saniyədə trilyon əməliyyat) bir qədər azdır.
Microsoft şirkəti özünün antivirus strategiyasını dəyişir. Belə ki şirkət OneCare uğursuz pullu antivirus proqramının gələcək inkişafından imtina etmək qərarına gəlib. Həmin proqramın əvəzinə isə Microsoft 2009-cu ildə təqdim olunması gözlənilən pulsuz antivirus proqram işləyib hazırlamaq niyyətindədir.
"Azercell Telekom" MMC Belçikanın "Belgium Mobile" mobil rabitə şirkəti ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları