Previous Next
Bağla

G7 ölkələri süni intellekt texnologiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb

12-11-2026 10:16
G7 ölkələri süni intellekt texnologiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb

G7 ölkələrinin xarici işlər nazirləri inkişaf edən süni intellekt texnologiyalarının müəyyən sosial və iqtisadi risklər yaratdığını, eləcə də bu texnologiyalardan bədniyyətli aktorlar tərəfindən kiberhücumlar və cinayət əməlləri üçün istifadə oluna biləcəyini bildirərək süni intellektin idarə olunmasında təhlükəsizliyin əhəmiyyətini vurğulayıblar.

Xeberler.az məlumat verir ki, Fransanın paytaxtı Parisdə noyabrın 9-10-da keçirilən G7 Xarici İşlər Nazirlərinin görüşündən sonra birgə bəyanat yayımlanıb. G7 ölkələrinin xarici işlər nazirlərinin və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın iştirak etdiyi görüşün yekun bəyanatında Ukrayna, Yaxın Şərq, Hind-Sakit okean regionu, Sudan, Afrika Buynuzu, Haiti, Kuba, Venesuela, Birləşmiş Millətlər Təşkilatında islahatlar, humanitar yardımın effektivliyi, ərzaq və qida təhlükəsizliyi, məcburi köçkünlük, bədniyyətli hibrid fəaliyyətlər, transmilli mütəşəkkil cinayətkarlıq, dəniz və liman təhlükəsizliyi, kritik peyk infrastrukturunun dayanıqlılığı, qabaqcıl süni intellekt modelləri, iqtisadi təhlükəsizlik və kritik minerallar kimi məsələlər əksini tapıb.

Bəyanatda Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstək bir daha təsdiqlənib. Qara dənizdə mülki dəniz nəqliyyatına və qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərən hücumlar pislənib. ABŞ-nin Rusiya ilə Ukrayna arasında sülhün təmin edilməsinə yönəlmiş səyləri müsbət qiymətləndirilib. Ukraynada hərtərəfli və qarşılıqlı atəşkəsin əldə olunmasının həyati əhəmiyyət daşıdığı bildirilib. Görüşdə Ukraynaya hava hücumundan müdafiə sistemlərinin və ölkənin özünümüdafiə hüququndan istifadə etməsinə imkan verən hərbi lisenziyaların verilməsi istiqamətində əldə olunan irəliləyiş də müzakirə edilib.

Bəyanatda Şimali Koreya, İran və Çinin Rusiyaya göstərdiyi dəstək pislənib, Rusiyanın “kölgə donanması”na qarşı sanksiyaların gücləndirilməsi istiqamətində əlavə tədbirlər nəzərdən keçirilib.

Yaxın Şərqlə bağlı məsələlərə toxunulan bəyanatda İranın nüvə proqramı üzrə aparılan bütün diplomatik səylərə dəstək ifadə olunub. İrandan regiondakı qeyri-dövlət silahlı qruplarına bütün növ dəstəyi dayandırmaq tələb edilib. İranın qonşu ölkələrə qarşı hücumları, eləcə də Hörmüz boğazında tranzit keçidə mane olmaqla beynəlxalq ticarət və enerji təhlükəsizliyində yaratdığı problemlər qətiyyətlə pislənib. Bununla yanaşı, Hörmüz boğazından keçidə görə hər hansı qanunsuz vergi, xərac və ya ödəniş tətbiqinə qarşı mövqe bir daha təsdiqlənib.

Yəməndə husilərin Səudiyyə Ərəbistanına qarşı mülki şəxsləri və mülki infrastrukturu hədəf alan hücumları da pislənib. Bəyanatda, xüsusilə İran başda olmaqla, bütün aktorlara husilərə dəstəyi dayandırmaq çağırışı edilib. Livanla bağlı isə tərəflər atəşkəs rejiminə tam əməl etməyə çağırılıb. Livan hakimiyyətinin ölkənin ərazi bütövlüyünün qorunması və silahlı qüvvələrin vahid dövlət nəzarəti altında birləşdirilməsi istiqamətindəki səyləri təqdir olunub.

Bəyanatda BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə uyğun olaraq, İsrailin Qəzza zolağından mərhələli şəkildə çıxmasının, həmçinin ərazinin bütün hissələrinə humanitar yardımın maneəsiz və fasiləsiz çatdırılmasının zəruriliyi vurğulanıb. Suriya ilə bağlı insan hüquqlarına və fundamental azadlıqlara hörmətin təmin olunduğu vahid, suveren və sabit dövlətin qurulması istiqamətində səylərə dəstək ifadə edilib. Hind-Sakit okean regionunda, xüsusilə Şərqi Çin və Cənubi Çin dənizlərində mövcud status-kvonu güc və təzyiq yolu ilə birtərəfli qaydada dəyişdirmək cəhdləri pislənib.

Bəyanatda bəzi dövlətlərin və qeyri-dövlət aktorlarının G7 üzvlərinin və tərəfdaşlarının təhlükəsizliyini və sabitliyini zəiflətmək məqsədilə həyata keçirdikləri təxribatlar, kiberhücumlar, informasiya manipulyasiyası və digər bədniyyətli hibrid fəaliyyətlər pislənib. Süni intellekt texnologiyalarına ayrıca diqqət ayrılan bəyanatda qabaqcıl Sİ texnologiyalarının elmi tərəqqi və iqtisadi inkişaf üçün geniş imkanlar yaratdığı, eyni zamanda, sosial və iqtisadi təhlükəsizlik baxımından müəyyən risklər daşıdığı bildirilib. Süni intellekt sistemləri və modellərinin insan mərkəzli yanaşma əsasında, təhlükəsizlik prinsiplərinə riayət olunmaqla hazırlanmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, bu modellər bədniyyətli dövlətlər və ya qeyri-dövlət aktorları tərəfindən kiberhücumlar və digər cinayət əməlləri üçün, eləcə də kimyəvi, bioloji, radioloji və nüvə silahlarının hazırlanması və təkmilləşdirilməsi istiqamətində istifadə oluna bilər. Bu baxımdan, bəyanatda süni intellektin idarə olunması sahəsində təhlükəsizlik və dayanıqlılığın gücləndirilməsinin vacibliyi xüsusi qeyd edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025
Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

09-07-2026
Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu yekunlaşıb

Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu yekunlaşıb

01-05-2025
“Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” yekunlaşıb

“Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” yekunlaşıb

09-12-2025
Son dövrlər teleqram üzərindən vətəndaşlar daha çox aldadılır

Son dövrlər teleqram üzərindən vətəndaşlar daha çox aldadılır

05-09-2025
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026
XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

21-02-2025
Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

09-10-2025
Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər

Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər

03-09-2026
"SOCGOV 2026" çərçivəsində Yekun Bəyanat qəbul olunub

"SOCGOV 2026" çərçivəsində Yekun Bəyanat qəbul olunub

23-10-2026
İEA: Enerji müəssisələrinə qarşı kiberhücumlar üç dəfə artıb

İEA: Enerji müəssisələrinə qarşı kiberhücumlar üç dəfə artıb

10-04-2025
Silahlı Qüvvələrdə kibertəhlükəsizlik məsələsi müzakirə olunub

Silahlı Qüvvələrdə kibertəhlükəsizlik məsələsi müzakirə olunub

21-09-2016
XRİTDX: Sabahın kibertəhdidlərinə dünənin alətləri ilə cavab vermək mümkün deyil

XRİTDX: Sabahın kibertəhdidlərinə dünənin alətləri ilə cavab vermək mümkün deyil

02-10-2026
Azərbaycan, Türkmənistan və Özbəkistan  Birgə İşçi Qrupu yaradır

Azərbaycan, Türkmənistan və Özbəkistan Birgə İşçi Qrupu yaradır

23-08-2025
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
İdarə rəisi: Kiberhücumlar çox sürətlənib

İdarə rəisi: Kiberhücumlar çox sürətlənib

20-10-2026
AZSTAND nümayəndəsi Süni İntellekt Standartları Sammitində iştirak edib

AZSTAND nümayəndəsi Süni İntellekt Standartları Sammitində iştirak edib

17-12-2025
BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib

BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib

02-07-2026
BMT: Süni intellekt bəşəriyyətin mövcudluğuna təhlükə yarada bilər

BMT: Süni intellekt bəşəriyyətin mövcudluğuna təhlükə yarada bilər

07-09-2026
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
Meta-nın Sİ dəstək botunda boşluq aşkar edilib

Meta-nın Sİ dəstək botunda boşluq aşkar edilib

10-06-2026
"Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" adlı dəyirmi masa keçirilib

"Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" adlı dəyirmi masa keçirilib

07-02-2025
Azərbaycan kibertəhlükəsizliyə dair beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan kibertəhlükəsizliyə dair beynəlxalq tədbirdə təmsil olunub

29-01-2026
Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

05-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə