Previous Next
Bağla
Veb-brauzerlər üçün GooglePreviewIE v.1.4

Veb-brauzerlər üçün GooglePreviewIE v.1.4

10-10-2008

GooglePreviewIE –İnternet Explorer veb-brauzerləri üçün nəzərdə tutulub. Google və Yahoo sorğularının nəticələri əks olunan səhifələrdə tambneyllər (kiçik şəkillər) əlavə edən pulsuz düzəlişdir.

Qrafik proqram - Photoscape v.3.2

Qrafik proqram - Photoscape v.3.2

10-10-2008

Photoscape – istifadəsi rahat və sadə olan pulsuz qrafik paket özündə bir neçə müsbət keyfiyyət cəmləşdirib. Photoscape-də slaydşou rejimində işləyə bilən qrafik redaktor var ki, onun köməyilə ölçü və qammaların dəyişilməsi, xüsusi effektlərin və filtrlərin əlavə edilməsi mümkündür.


iPod üçün 60 000 dollarlıq qulaqcıq

iPod üçün 60 000 dollarlıq qulaqcıq

10-10-2008

iPod pleyerləri indiyədək VİP üslubunda bahalı daşlarla və metallarla bəzədilməmişdi. DEOS şirkətinin yeni məhsulu öz rəqiblərinin çoxlu pul qazanmaq cəhdini kölgədə qoyub.

Antivirus: Trojan Remover v.6.7.3 Build 2548

Antivirus: Trojan Remover v.6.7.3 Build 2548

10-10-2008

Məşhur Trojan Remover antivirus proqramının yenilənmiş versiyası buraxılıb. Bu proqram vasitəsilə kompüterə düşmüş, digər antivirusların ləğv edə bilmədiyi troyanlar tutulub məhv edilir.


Avropa İttifaqı qanunvericilik əsasında SMS-lərin qiymətini endirmək niyyətindədir

Avropa İttifaqı qanunvericilik əsasında SMS-lərin qiymətini endirmək niyyətindədir

10-10-2008

Avropa Komissiyası tərəfindən təklif olunmuş qanunun qəbul olunduğu halda rouminq çərçivəsində mətnli ismarıcların göndərilməsinin qiymətləri 60%, yəni 46 avro sentdən 18 sentədək enəcək.

Apple-ın yeni MacBook noutbukları

Apple-ın yeni MacBook noutbukları

10-10-2008

Apple şirkəti yeni MacBook noutbukları ilə bağlı öz planlarını açıqladı. Gözlənildiyi kimi, noutbukların təqdimatı 14 oktyabrda baş tutacaq. Mühəndislər hi-end noutbuku konseptində “Brick” adlı noutbuku alüminiumdan hazırlayıblar.


Dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb – BTİ

Dünyada mobil telefon istifadəçilərinin sayı 4 milyard nəfərə çatıb – BTİ

10-10-2008

2000-ci ildən etibarən yeni mobil telefonların alınmasının artım tempi hər il 25% təşkil edir.

Motorola Q11 rəsmən təqdim edildi

Motorola Q11 rəsmən təqdim edildi

10-10-2008

Daha əvvəl Motorola Q11 haqqında bəzi məlumatlar yayılsa da, indi onun texniki xüsusiyyətləri ilə daha yaxından tanış ola bilərik. Smartfonun yüksəksürətli İnternet sevənlər üçün bir mənfi cəhəti var: aparat 3G ilə işləmir, lakin Q11 GPRS/EDGE şəbəkələrinin dörd diapazonunda işləmə imkanı var.


Barak Obamın seçkiqabağı ştabı İPhone üçün    proqram  istehsal edir.

Barak Obamın seçkiqabağı ştabı İPhone üçün proqram istehsal edir.

10-10-2008

ABŞ-ın Demokratik partiya namizədi Barak Obama potensial seçiciləri cəlb etmək üçün sonuncu texniki yeniliklərdən istifadə etmək niyyətindədir. Namizədin seçkiqabağı ştatı bu dəfə məşhur Apple İphone smartfonu üçün yeni proqramı təqdim etmişdir

Yaponiyalılar robotun insanla maksimal oxşarlığını əldə ediblər.

Yaponiyalılar robotun insanla maksimal oxşarlığını əldə ediblər.

09-10-2008

Repliee R-1 adlandırılan yeni robotu 5 yaşlı qıza bənzədiblər. Minlərlə xırda cihazlarla təchiz olunmuş bədən hissəsi silikon dəri ilə örtülüb, baş hissəsində saçlar hörülüb, gözlər isə vaxtaşırı qırpınır.


Google Earth 4.3

Google Earth 4.3

09-10-2008

Təsvirlərin(hətta bəzən ayrı-ayrı evlərə qədər) miqyasının dəyişilməsində geniş imkanlar və koordinatlarla işləmə bacarığı bu proqramı daha da təkmil edir.

Shuttle X27 – İntel Atom əsasında ilk Barebone

Shuttle X27 – İntel Atom əsasında ilk Barebone

09-10-2008

“Barebone” form-faktorlu personal kompüterlər buraxan Shuttle şirkəti bu həftə yeni məhsul təqdim etdi. Shuttle X27 adını alan kompüter öz sələflərindən İntel Atom prosessorunun tətbiq edilməsi ilə fərqlənir. Indiyədək Shuttle məhsullarında CPU istifadə edilirdi.


Yahoo Calendar xidməti yenilənib

Yahoo Calendar xidməti yenilənib

09-10-2008

Yahoo şirkəti Yahoo Calendar onlayn təqvimini yeniləyib. IDG News Service-in məlumatına görə, Yahoo Calendar dünəndən ABŞ, Braziliya, Hindistan, Tayvan və böyük Britaniya istifadəçiləri üçün açıqdır. Təqvim digər regionlarda bir neçə aydan sonra meydana çıxacaq.

Windows XP liderlik edir

Windows XP liderlik edir

09-10-2008

Aparılan tədqiqatlar “Windows XP”-nin ən çox istifadə edilən idarəetmə sistemi olduğunu göstərir.


Telefonlar yeni xüsusiyyətlər qazanır

Telefonlar yeni xüsusiyyətlər qazanır

09-10-2008

R&D adlı laboratoriya və və Tokio universitetinin hazırladıqları yeni Bizarre adlı telefon divarın arxasını görə biləcək.

Super Talent, Eee PC netbukları üçün SSD təqdim edir

Super Talent, Eee PC netbukları üçün SSD təqdim edir

09-10-2008

Super Talent öz rəsmi saytında ASUS Eee PC netbuklarının ştat disklərinin dəyişilməsi üçün yeni SSD daşıyıcılarının buraxılışı haqda xəbər verib. Modellər alıcını sürət xüsusiyyətləri ilə yanaşı (15 MB/s-ə qədər oxunuş, 40 MB/s-ə qədər yazma), aşağı qiymətlə də maraqlandırırlar (16 Gb-lıq disk – 53$, 32 Gb-79$, 64 Gb-149$-dır).


İtaliyalı məktəblilər dərsliklərini noutbuklarla əvəz edəcəklər

İtaliyalı məktəblilər dərsliklərini noutbuklarla əvəz edəcəklər

09-10-2008

BBC News xəbər verir ki, italiyalı məktəblilər bir il dərsliklərini kompüterlə əvəz edəcəklər. Bu təcrübəni Türin şəhərinin məktəblərindən biri aparır. 60-dan çox 8-10 yaşlı məktəbli oktyabrın 8-dən etibarən dərsə noutbukla gedir.

Google Android bazasında ilk telefon

Google Android bazasında ilk telefon

09-10-2008

Açıq kodlu Google Android əməliyyat sistemi bazasında ilk mobil telefonun qiyməti 199 ABŞ doları təşkil edəcək. Bu telefonun sentyabr ayının 23-də Nyu-Yorkda təqdim olunacağı gözlənilir. Tayvanın HTC şirkəti tərəfindən istehsal olunacaq həmin telefonun ABŞ-da satışını Almaniyanın T-Modile mobil rabitə operatorunun Amerika bölməsi həyata keçirəcək, Cnews yazır. Qeyd edək ki, iPhone 3G smartfonunun 8-QB versiyasının qiyməti $199 təşkil edir. Bu telefonun satışını isə ABŞ-ın AT&T operatoru həyata keçirir. Lakin iPhone 3G-ni əldə etmək üçün iki illik müqavilə imzalamaq lazımdır.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə