Bakı Dövlət Universitetində «Azərbaycan-Koreya İnformasiyaya Giriş Mərkəzi» açıldı

17-12-2008 / 17:36

  Bakı Dövlət Universitetində «Azərbaycan-Koreya İnformasiyaya Giriş Mərkəzi»nin açılışı olacaq. Tədbirdə iştirak etmək üçün Cənubi Koreya ictimai administrasiya və təhlükəsizlik nazirinin müavini Kim Young-Honla Bakıya gəlib.
  Qeyd edək ki,cənab Young bu gün rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ilə görüşüb.Görüşdə həmçinin Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lyu Kvaq Çul, Koreya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Hökumət Layihəsinin inkişafına cavabdeh Choi Yae, KADO şirkətinin baş direktor müavini Park Von iştirak ediblər.
   Tərəflər poçt sahəsində İKT-nin tətbiqində, Elektron Şamaxı layihəsinin ikinci hissəsinin tikintisində, eyni zamanda İKT və digər sahələrdə Azərbaycan-Koreya əməkdaşlığının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan-Koreya əməkdaşlığının bundan sonra da inkişaf etdiriləcəyi görüşdə yəqinliklə vurğulanıb.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə