13-15 sentyabr 2011-ci il tarixində Nepryaxində (Çelyabinsk vilayəti, Rusiya) Cənubi Ural Dövlət Universitetinin dəstəyi və Rusiya Elmlər Akademiyası, Təhsil və Elm Nazirliyi, Elm və Texnologiyalar üzrə Regionlararası Şuranın təşkilatçılığı ilə elmin fundamental və tətbiqi problemləri üzrə VI Beynəlxalq simpozium keçiriləcək.
“Apple”nin rəhbəri Steve Jobs Apple iPad-2 haqda ictimaiyyətə məlumat verib. Onun dediyinə görə, 2 kameralı, daha ince, daha həfif olan iPad 2 əvvəlki qiymətə satışa yəni 499 dollara olacaq. Yeni iPad 2-nin ən böyük özəlliyi 2 kameraya malik olmasıdır. Ön tərəfdəki kamera iPhone 4\'də olduğu kimi Facetime görüntülü danışmaq üçündür. Digər tərəfdə də şəkil çəkmək üçün kamera var. Qeyd edək ki, ABŞ-da bu
Builki Nobel sülh mükafatının nominantları arasında internet də var. Ötən il mükafat uğrunda mübarizədlə çinli hüquq müdafiəçisi Lyu Szyabaoya "uduzan" internetin builki əsas rəqibləri arasında "Wikileaks", Rusiyanın "Memorial" hüquq-müdafiə təşkilatı, Avropa İttifaq və afrikalı hüquq müdafiəçisi Sima Samar var.
“Microsoft” korporasiyası İnternet Explorer brauzerinin 9-cu versiyasında yeni təhlükəsizlik sistemini tətbiq edib. Söhbət İnternet istifadəçilərini izləmələrdən qoruyan, həmçinin şəbəkədə işləyərkən konfidensiallığı təmin edən “Tracking Protection” (“İzləmədən mühafizə”) texnologiyasının tətbiqindən gedir.
Milli Televiziya və Radio Şurası ümumrespublika televiziya yayımçıları üçün 22 min manat, regional televiziya yayımçıları üçün 3-5 min manat, ümumrespublika radio yayımçıları üçün 10 min manat, regional radio yayımçıları üçün min-2 min manat, abonentlərinin sayı 5000 olan kabel yayımçıları üçün min manat, abonentlərinin sayı 10 mindən yuxarı olan kabel yayımçıları üçün 5 min manat, abonentlərinin sayı 50 mindən yuxarı olan kabel yayımçıları üçün 20 min manat lisenziya dəyərinin müəyyənləşdirilməsini təklif edib.
"Azercell Telekom MMC"nin mətbuat xidmətindən verilən məlumata görə, bu tarif paketi Azərbaycan Respublikasında fəaliyyət göstərən və rəsmi qeydiyyatdan keçmiş qəzet, jurnal, televiziya, radio və internet nəşrlərində işləyən şəxslərə aiddir. “Mediacell” tarif paketi mobil telefondan çox istifadə edən təbəqələrdən biri – jurnalistlərin daha sərfəli danışmasına imkan yaradır. Onlar həm şəbəkəyə daxil olan abonentlərlə, həm də istənilən istiqamətdə etdikləri digər zənglərin qiymətində güzəşt əldə edirlər.
Ailə hüququ üzrə ixtisaslaşmış ABŞ-ın vəkillər akademiyasının təqdim etdiyi tədqiqatın nəticələrinə əsasən Facebook sosial şəbəkəsi ölkədə hər beş boşanmadan birinə səbəb olur.
«Apple» korporasiyası «iPad»ın ilk buraxılışının bütün modifikasiyalarının qiymətini 100 dollar aşağı salıb. Bu haqda «Apple Store» onlayn-mağazasının saytında bildirilir. Endirim istisnasız bütün mallara şamil olunur. Artıq şirkət tərəfindən yeni «iPad»lar istehsal olunub. «iPad2» martın 2-si «Apple»-ın icraçı direktoru Stiv Jobs tərəfindən təqdim edilib. Yeni versiyanın qalınlığı 8,8 millimetr və hesablama güclərinin «iPad»-in əvvəlki buraxılışından iki dəfə artıqdır. Yeni istehsal
Bu gün “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin (İB) qərargahında www.karabakh.az internet saytının təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, İB-nin sədri Bayram Səfərov saytın əhəmiyyətindən danışıb. Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, erməni siyasəti, Ermənistan rəhbərliyi dezinformasiyadan çəkinmir:
“Eurovision-2011” mahnı müsabiqəsi Almaniyanın Düsseldorf şəhərində keçiriləcək. Xeberler.az-ın İtv. Az-a istinadən məlumatına görə, Düsseldorfdakı Tusen göydələnində müsabiqəni izləmək üçün dünyanın ən böyük ekranı qurulacaq.
Bəzən vətəndaşlarla dövlət qurumları əməkdaşları arasında qeyri-etik münasibətlər yaranır. Belə xoşagəlməz hallara səbəb hər iki tərəfin etik qaydalardan bixəbər olması və ya bilərəkdən onlara əməl etməməsidir.
İnternet ünvanların və adların verilməsi ilə məşğul olan beynəlxalq ICANN təşkilatı Ukrayna üçün milli “.ukr” kiril domeninin ayrılması haqqında qərar qəbul edib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ukrayna hökumətində hesab edirlər ki, bu qərar ölkədə informasiya cəmiyyətinin qurulması baxımdan önəmli addımdır.
Martın 3-də Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və “Euroconvention Conferences” şirkətinin təşkilatçılığı və Azerfon şirkətinin dəstəyi ilə Azərbaycan İnvestisiya Sammiti başlayıb.
Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Apple korporasiyasının icraçı direktoru Stiv Cobsu müvəqqəti əvəz edən əməliyyat direktoru Tim Kuk şirkətin “yalnız varlılar üçün” məhsul buraxmaq niyyətində olmadığını bəyan edib. Onun sözlərinə görə, Apple hamı üçün müxtəlif məhsullar təqdim edən və müxtəlif bazarlarda təmsil olunan şirkət kimi fəaliyyət göstərmək istəyir.
Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Net Applications analitik şirkəti təqdim etdiyi son hesabatında 2011-ci ilin fevral ayında internet istifadəçiləri arasında populyar olan brauzerlərin mövqeləri haqqında məlumat verib.
Azərbaycan Milli Məclisinin üzvü, Ana Vətən Partiyasının sədri Fəazil Ağamalı “Azərcell” Telekomu məhkəməyə verir. Bu barədə “Qafqazinfo”ya açıqlamasında millət vəkili özü bildirib. Deputat deyib ki, bir müddət əvvəl bu şirkətə məxsus “data kart” alıb: “Mən onlardan “data kart” almışam. Qısa müddət ərzində isə ona düz 81 manat pul yükləmişəm. Lakin heç interneti açmamış xəbər gəlir ki, bəs yenidən pul qoymaq lazımdır. Mən bunu insanların labirintə salınması kimi qiymətləndirirəm. Hesab edirəm
APA-nın verdiyi xəbərə görə, Azərbaycanın Təhsil naziri Misir Mərdanov "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın icrası məqsədilə hazırlanan Fəaliyyət Planını təsdiqləyib.
Dünyanın ən iri İT-sərgilərindən biri hesab olunan CeBIT ənənəvi olaraq hər il keçirilir. Məhz bu tədbirdə il ərzində İKT sahəsində ən son yeniliklər nümayiş etdirilir. Sözügedən tədbir, təkcə Avropada deyil, ümumiyyətlə bütün dünyada İKT sektorunu geniş şəkildə işıqlandıran forumdur. Hər il burada bir araya gələn müxtəlif peşə sahibləri, alim və mütəxəssislər, biznesmenlər dinamik inkişaf edən texnologiyalar sahəsində öz bilik və bacarığı ilə bölüşür, fikir mübadiləsi aparırlar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları