«Azərbaycan Dəmir Yolları» elektron ödəmə sisteminə qoşulub

03-03-2012 / 14:25

«Azərbaycan Dəmir Yolları» QSC-i  «AzeriCard» Prosessinq mərkəzinin elektron ödəmə sisteminə qoşulub. «AzeriCard»ın  verdiyi məlumata görə, online-ödəniş sistemi elektron bank kartları olan VİSA, VİSA Electron, MasterCard və Maestro istifadə etməklə sərnişinlərə qatar biletlərini onlayn rejimində almağa imkan yaradacaq. Biletləri «Azərbaycan Dəmir Yolları» QSC-nin rəsmi saytından www.railway.gov.az, həmçinin azericard.com, ode.az saytlarından əldə etmək olar. 

Elektron bank kartlarının məlumatlarının təhlükəsizliyi 3D Secure sistemi tərəfindən təmin olunur.

“AzeriCard” onun sistemindən yararlanan plastik kart sahiblərinə internet-ödənişlərin həyata keçirilməsi vaxtı 3DSecure parolunu daxil etməyə icazə verən  modulu aktivləşdirib. 

3DSecure parolu - 3DSecure-texnologiyalarını dəstəkləyən saytlar vasitəsi ilə alınan  malların və xidmətlərin ödənişini həyata keçirməyə  imkan verən  kartın pin-kodudur. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə