«Aztelekom» ilə «AzEuroTel» arasında məhkəmə prosesi ləngiyir

13-03-2009 / 12:40

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi \"Aztelekom\" İstehsalat Birliyinin \"AzEuroTel\" Birgə Müəssisəsinə qarşı qaldırdığı məhkəmə iddiası üzrə araşdırmalar davam edir.

Bu günə kimi artıq iki məhkəmə iclasının keçirilsə də,işi aparan hakim Tahirə Ələsgərova hələ yekun qərar çıxara bilməyib.
Qeyri rəsmi mənbələrdən APA-ya  verilən məlumata əsasən, məhkəmənin prosesinin ləngiməsinin əsas səbəbi məhkəmə işçilərinin işin məzmunu, yəni müasir informasiya-kommunikasiya texnologiyalarının spesifik xüsusiyyətlərindən dərindən xəbərdar olmaması ilə bağlıdır.

Bununla bağlı, "AzEuroTel" nümayəndələri dünya miqyasında tanınmış \"Ericsson\", \"Alkatel\" və s. bu kimi aparıcı telekommunikasiya şirkətlərindən məsləhətçi qismində ekspertlərin cəlb edilməsini təklif ediblər. Lakin \"Aztelekom\" bu təkliflə razılaşmayıb.

Məlumat üçün bildirək ki,"Aztelekom" İB "AzEuroTel"in bu quruma 2007-2009-cu illər üçün olan borcunun ödənilməsi iddiası ilə 1 saylı İqtisad Məhkəməsinə müraciət edib. Bunu əsas götürərək, fevralın 23-dən etibarən \"Aztelekom\" şirkətin idarəetməsində olan ATS 492/497/437 abunəçilərinə Azərbaycanın rayonlarına və mobil rabitə abunəçilərinə çıxış xidmətlərinin göstərilməsini təmin edən kanalları məhdudlaşdırıb.

Buna cavab olaraq, \"AzEuroTel\" də qarşılıqlı iddia ilə İqtisad Məhkəməsinə müraciət edib. İddiada \"AzEuroTel\" şirkəti \"Aztelekom\"un iki qurum arasında bağlanılmış arabağlantı müqaviləsinin şərtlərinin müntəzəm olaraq pozulduğu bildirilir. Bunun nəticəsində \"AzEuroTel\"ə maddi və texniki ziyan dəyib və İB-dən 4 mln. manat həcmində təzminatın ödənilməsi tələb olunur.

Qeyd edək ki, sonradan məhkəmə qərarı əsasında \"AzEuroTel\"in çıxış kanallarının işi bərpa olunsa da, şirkətin bank hesablarına qoyulan həbs qərarı borc ödənilənədək qüvvədə saxlanılıb.Növbəti məhkəmə iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir. APA


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.