Previous Next
Bağla

Fimbank-ın Azərbaycan dövlətinə qarşı iddiası ilə əlaqədar növbəti məhkəmə iclası olacaq

05-10-2009 18:52
Fimbank-ın Azərbaycan dövlətinə qarşı iddiası ilə əlaqədar növbəti məhkəmə iclası olacaq

Maltanın “First International Merchant Bank” Ltd.-nin (FIM Bank) Azərbaycan dövlətinə qarşı Rotterdam Məhkəməsinə iddiası ilə əlaqədar 6-7 oktyabr 2009-cu il tarixlərində növbəti məhkəmə iclası keçiriləcək.

Qeyd edək ki, Rotterdam Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli qərarı ilə FIM Bank-ın tələblərinin, ilkin olaraq, sübuta yetirilmədiyi müəyyən edilmişdir.

Məhkəmənin qərarı ilə FİM Bank-a əlavə sübutların təqdim olunması və şahidlərin dindirilməsi imkanı verilmişdir.İddiaçının maraqlarını Loyens & Loeff, Azərbaycan dövlətinin maraqlarını Eversheds Faasen hüquq şirkətləri təmsil edir. Prosesdə Azərbaycan tərəfinin nümayəndəsi kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov iştirak edəcək.Azərbaycanda fəaliyyət göstərən Poçtbank Səhmdar-Kommersiya Bankı külli miqdarda borcu yarandığı üçün Azərbaycan hökuməti adından müəyyən sənədlər təqdim etməklə FİM Bank-dan kredit alıb.

FİM Bank-da həmin sənədlərin həqiqi olmadığını bilsələr də, ikitərəfli razılaşmalar nəticəsində kredit ayrılıb. Bu sənədlərdə göstərilib ki, guya Rabitə Nazirliyinə məxsus olan Aztell və Baktell şirkətləri (əslində, bu şirkətlər mövcud olmayıb) üçün telekommunikasiya avadanlıqları alınacaq və həmin vəsaitin geri qaytarılmasına dövlət Rabitə Nazirliyi qismində zəmanət verir. Poçtbank bu krediti qaytara bilmədiyi üçün FİM Bank onu Azərbaycan dövlətindən almaq məqsədilə müxtəlif ölkələrdə məhkəmələrə müraciət edib.

İddia ərizələrinin təmin olunması üçün görülmüş tədbirlər nəticəsində Azərbaycanın Hollandiyada New Skies Satellites N.V. şirkətindəki 50 000 ədəd səhminə, Fransada Eutelsat S.A. şirkətindəki 500 000 ədəd səhminə və səhmlərdən əldə edilən dividentlərə, Bermuda adalarında qeydiyyatdan keçmiş İntelsat ltd. şirkətindəki payına həbs qoyulması barədə qərar çıxarılmışdır.

2006-ci il noyabrın 10-da Paris Yuxarı İnstansiya Məhkəməsi Paris Məhkəməsinin Eutelsat S.A. peyk rabitəsi şirkətindəki Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 500 min səhminə və bu səhmlərdən əldə edilən dividentlərə həbs tədbiri icra edilməsi barədə 8 iyul 2004-cü il tarixli qərarını ləğv edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Aztelekom» ilə «AzEuroTel» arasında məhkəmə prosesi ləngiyir

13-03-2009

Şok! Beynəlxalq Bank Rabitə və İnformasiya Nazirliyini məhkəməyə verdi

15-09-2010

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

11-10-2013

Azərbaycan kibercinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş iclasda iştirak edəcək

24-06-2010

Kompüter informasiya bazasından oğurluq edən qrupun məhkəməsi tarixə salındı

30-09-2010

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı bir sıra məsələlərin tənzimlənməsinə dair əmr imzalanıb

19-03-2014

Poçt şöbələri bank xidmətlərinin göstərilməsi üçün lisenziya alacaqlar

07-09-2009

Bəzi saytlara qoyulan blok ləğv edilib

27-09-2019

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurmuş şəxslər tutulublar

01-11-2010

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016

«Xalq Bank»ın veb-saytının yeni versiyası hazırlanıb

06-10-2009

Blogger Adnan Hacızadə azadlığa buraxıldı

18-11-2010

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016

Məhkəmələrə elektron müraciət etmək imkanı genişləndirilib

21-08-2024

Regionlarda maliyyə və bank xidmətləri inkişaf etdirilir

16-12-2008

Telejurnalist telekanalı məhkəmədə uddu

03-12-2010

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

06-11-2009

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008

Milli Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması üçün açıq tender keçirir

29-08-2008

“AzEuroTel”də nə baş verir?

01-06-2011

Azərbaycanda Elektron hökumət-in qurulması istiqamətində görülən işlərdən danışılıb

18-11-2009

Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

18-08-2016

Azərbaycanın dövlət poçt rabitəsi operatorları "Western Union"a qoşulacaqlar

17-02-2011

Azərbaycan kibercinayətkarlığa qarşı beynəlxalq tədbirdə iştirak edib

14-03-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə