«Tezliklərin MTRŞ-in yox, Radiotezliklər İdarəsinin nəzarətində olması anlaşılmazdır»

22-04-2010 / 15:05

"Tezliklərin MTRŞ-in yox, Radiotezliklər İdarəsinin nəzarətində olması anlaşılmazdır".  Bu sözləri “Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət” adlı elmi-nəzəri konfransda Milli İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz bildirib ki, dünyanın heç bir ölkəsində internet-televiziya və internet-radionun tənzimlənməsi ilə bağlı hər hansı qanunvericilik yoxdur: “Mən müxtəlif ölkələrdə olmuşam. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlidən başqa bu mövzuda danışan heç bir şəxsin fikrini eşitməmişəm. Bu gün Azərbaycanda regional telekanalların sayının az olması problemlidir. Azərbaycanda regional telekanalların sayı artmalıdır”.

Onun fikirlərinə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov münasibətini açıqlayıb. Ə.Həsənov bildirib ki, mövzudan kənara çıxmaq lazım deyil: “Burada internet mediası barədə danışılmır. Bu gün biz mərkəzi telekanalları abıra sala bilmirik, o ki ola regional telekanallar. Regional telekanallarda axşamadək imkanlı şəxslərin toylarından başqa bir şey verilmir. Əgər Osman Gündüz regional telekanal istəsə, biz ona icazə verərik”.//lent.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə