Previous Next
Bağla

“ASAN Könüllüləri” təşkilatına yeni sədr seçilib

23-05-2016 12:47
 “ASAN Könüllüləri” təşkilatına yeni sədr seçilib

“ASAN Könüllüləri” təşkilatının ümumi yığıncağı keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan “ASAN Könüllüləri” təşkilatının sədri Fərid Sadıxlı bildirib ki, bu onun sədr olaraq son çıxışıdır. “ASAN Könüllüləri” təşkilatının yaranma zərurətindən danışan Fərid Sadıxlı, 2 il ərzində təşkilatın qazandığı uğurları iştirakçıların nəzərinə çatdırıb. 

Daha sonra  Fərid Sadıxlı “ASAN Könüllüləri” təşkilatının İdarə Heyətinə keçirilən seçkilərin nəticələrini açıqlayıb, idarə heyətinə yeni üzv seçilənləri təbrik edib. Həmçinin Fərid Sadıxlı qeyd edib ki, yeni təyin olunmuş idarə heyətinin  ilk iclasında Birliyin sədrinin səlahiyyətlərinin dayandırılması və yeni sədrin seçilməsi məsələləri müzakirə olunub, üzvlərin səsverməsinə əsasən, “ASAN Könüllüləri ” təşkilatının yeni  sədri Bəxtiyar İslamov seçilib.

 “ASAN Könüllüləri” təşkilatının yeni sədri seçilmiş Bəxtiyar İslamov  sədr olaraq ilk çıxışını edib.  Bəxtiyar İslamov çıxışı zamanı ona göstərilən bu etimada görə hər kəsə təşəkkür edib, təşkilatın gələcək fəaliyyət proritetlərini açıqlayıb, görüləcək işlərlə bağlı məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası  Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN Könüllüləri” təşkilatına yeni seçilmiş sədr və idarə heyətini  təbrik edib. Təşkilatın bu günə qədər olan fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən sədr, yeni komandaya da gələckədəki fəaliyətlərində uğular arzulayıb.

Dövlət Agentliyinin sədri  tədbirdə iştirak edən könüllülərin təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırırb.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri birgə çalışacaq

05-03-2019

“İnformasiya təhlükəsizliyi: gənclər sosial mediada” mövzusunda videokonfrans keçirilib

21-07-2020

“Urbanizasiyada ASAN Modeli” mövzusunda panel təşkil olunacaq

16-05-2026

"ASAN Akademiya - 2024" layihəsi başa çatıb

25-09-2024

“ASAN Akademiya 2019” başa çatıb

28-06-2019

ASAN Məktub layihəsinin 3 yaşı qeyd olunub

21-11-2018

ASAN könüllüləri yenidən səhnədə

30-11-2018

Yerli vətəndaşlara da ASAN Viza veriləcək

31-03-2018

ASAN Akademiya fəaliyyətə başladı-Fotolar

24-08-2016

Türkmənistan Məclisinin sədri ASAN xidmətin fəaliyyəti ilə tanış olub

04-11-2019

ASAN könüllüləri Şərqdə parlayan MAY adlı tədbir keçirdi.

29-05-2018

ASAN Məktub-dan yeni aksiya

13-02-2016

ASAN Könüllüləri yeni layihələrə başlayır

12-08-2016

ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

13-11-2019

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015

Daha iki rayonda ASAN xidmət mərkəzləri açılacaq

19-08-2016

Dövlət Agentliyinin sədri "GəncLİK" proqramının iştirakçıları ilə görüşüb

17-02-2020

Bakcell və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

31-05-2021

Dövlət Agentliyi Rəqəmsallıqla Reallığa adlı tədbir keçirib

19-02-2019

Dövlət Agentliyinin sədri AmCham Azərbaycanın görüşündə iştirak edib

29-01-2020

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016

“Dövlət orqanları üzrə 450-dən çox elektron xidmət qiymətləndirilib”

19-08-2016

BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

15-03-2019

ASAN xidmət-də 35 milyonuncu müraciət qeydə alınıb

19-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə