Previous Next
Bağla

“Azərpoçt” “Visa B2B Connect” ödəniş platformasına qoşulub

09-12-2025 12:58
“Azərpoçt” “Visa B2B Connect” ödəniş platformasına qoşulub

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC biznes subyektləri üçün iri məbləğli transsərhəd ödənişləri asanlaşdırmaq məqsədilə rəsmi olaraq “Visa B2B Connect” platformasına qoşulub.

Xeberler.az bildirir ki, “Visa B2B Connect” platformasına inteqrasiya olunmaqla “Azərpoçt” biznes müştərilərinə sürətli, təhlükəsiz və şəffaf şəkildə beynəlxalq ödənişləri birbaşa həyata keçirmək imkanı təqdim edir. Bu addım Azərbaycanda maliyyə xidmətlərinin müasirləşdirilməsinə mühüm töhfə verir. “Visa B2B Connect” platforması şifrləmə, autentifikasiya və unikal rəqəmsal identifikasiya mexanizmi də daxil olmaqla qabaqcıl texnologiyalardan istifadə edir. Bu xüsusiyyətlər dələduzluq risklərini azaldır və yalnız yoxlanılmış istifadəçilərin şəbəkəyə daxil olmasını təmin edir. Bu da hər bir əməliyyatın təhlükəsizliyini, etibarlılığını və şəffaflığını artırır.

Platformanın əsas üstünlükləri:
• Ödənişlərin eyni gün və ya növbəti iş günü ərzində çatdırılması;
• Vəsaitlərin benefisiar banka kəsintisiz ötürülməsi;
• Valyuta konversiyası və komissiyaların əməliyyata qədər tam aydın görünməsi;
• Ödəniş statusunun real vaxt rejimində izlənməsi;
• Avtomatlaşdırılmış proseslər hesabına əməliyyat xətalarının və vaxt itkisinin azaldılması;
• İş proseslərinin optimallaşdırılması və idarəetmə səmərəliliyinin artırılması;
• Geniş analitik və hesabat alətləri ilə qərarvermə prosesinin dəstəklənməsi.

Bununla da “Visa B2B Connect” platforması biznes sahibləri üçün əməliyyatları sadələşdirir, insan səhvlərini minimuma endirir və daha ağıllı qərarların qəbulu üçün analitika və hesabat alətlərindən istifadəni mümkün edir.

Eyni zamanda “Azərpoçt” müştərilərinə qlobal bazarda daha səmərəli fəaliyyət göstərməyə kömək etmək öhdəliyini davam etdirir və rəqəmsal imkanlarını genişləndirərək hüquqi şəxslər və fərdi sahibkarlara İnternet bankçılıq xidməti vasitəsilə köçürmələr aparmaq, əməliyyatları izləmək və maliyyə sənədlərinə bank şöbəsinə müraciət etmədən çıxış əldə etmək imkanı yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib

21-01-2026

“AZINCLOUD” ilə bulud xidmətləri 24/7 əlçatandır

27-08-2025

“Azərpoçt” 20 Yanvarda növbəli iş rejimində işləyəcək

19-01-2026

"Azərpoçt" bayram günlərində işləyəcək

05-03-2022

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025

Sərhəd sığorta müqavilələrini onlayn bağlamaq mümkün olub

07-07-2025

Oğuzda Vətəndaş Qəbulu və Elektron Xidmətlər Üzrə Dəstək Mərkəzi açılıb

24-07-2025

“Connect” şirkəti “GoldenPay” onlayn ödəmə xidmətini tətbiq edib

29-09-2009

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017

"BakıKart" adı altında sosial mediada saxta səhifələr açılıb

24-10-2024

Təhsil Nazirliyi universitetlərə məsafədən tədrislə bağlı təklif verib

18-03-2020

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026

“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı - 500 000-İ KEÇDİ

08-04-2021

Ailə Tv yeni güzəştli şərtlər təklif edir

01-09-2018

AZAL-ın bəzi reysləri ayın sonuna qədər dayandırılıb

16-06-2025

Nazirlik İnformatikanın üstündən birdəfəlik xətt çəkmək niyyətindədir

28-04-2017

İKTA SMS (OTP) kodlarını paylaşmamağı tövsiyə edir

12-01-2026

CYBERO MMC Azərbaycanda bir ilkə imza atdı

13-09-2018

Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya – “ITU Digital World Awards” müsabiqəsi keçiriləcək

30-04-2021

Uşaqlar üçün “Təhlükəsiz internet mühitini yarat” adlı rəsm müsabiqəsi elan olunub

08-10-2021

ETX: Genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

01-04-2026

Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

08-04-2026

Ailə TV-dən güzəştli yenilik

17-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə